Accessibility links

Buş ailəsindən prezidentliyə üçüncü namizəd rəsmən elan olundu


Florida ştatının sabiq qubernatoru, keçmiş ABŞ prezidentlərinin oğlu və qardaşı Ceb Buş dünən rəsmən 2016-cı il prezident seçkilərində mübarizəyə qatıldığını elan edib.

Ceb Buş Mayami şəhərində yürüş keçirən tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, ABŞ prezident Obamanın hakimiyyəti dövründə çox pis siyasi kurs götürüb.

"Onlar inkişafdan başqa hər şeyi vəd edən proqressiv gündəlik təklif etmişdilər. Onlar tarix ərzində ən zəif iqtisadi artım, ən böyük borc artımı, orta təbəqə üçün böyük vergi artımı və s. bu kimi işlərə görə məsuliyyət daşıyırlar. Mən nəvbəti 4 ildə də onların hakimiyyəti altında nələr baş verdiyini görmək istəmirəm" - deyə Ceb Buş bildirib.

Kampaniyası üçün 10 milyonlarla dollar toplayaran 62 yaşlı Buş bir müddət Respublikaçıların ən iddialı namizədi hesab edilirdi. Ancaq son rəy sorğuları göstərir ki, o, Florida senatoru Marko Rubio və Viskonsin qubernatoru Skott Volkerlə eyni populyarlığa malikdir.

Bazar günü kampaniyası zamanı seçki loqosunu açıqlayan Buş soyadını çıxardaraq loqonu yalnız "Jeb!" olaraq saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG