Accessibility links

Corc Buş irsi


Corc Buş irsi
please wait
Embed

No media source currently available

0:00 0:02:51 0:00

Corc Buş irsi

Sabiq ABŞ prezidenti Corc Herbert Volker Buş Texas ştatının Hyuston şəhərindəki evində 94 yaşında vəfat edib. 1989-1993-cü ilərdə Birləşmiş Ştatların Respublikaçı prezidenti İraqın ışğalçı qoşununu Küveytdən çıxarmaq və Yaxın Şərqdə sülh razılığı əldə etmək kimi nailiyyətləri ilə tanınırdı.

1990-cı ilin avqustunda İraq ordusu Küveyti işğal edəndə Buş bu neftlə zəngin ölkəni azad etmək üçün hava və quruda beynəlxalq koalisiya qüvvələri yaradaraq, yanvar ayında hərbi əməliyyatlara başladı. Corc Buş: “Beş ay əvvəl Səddam Hüseyn Küveytə qarşı qəddar müharibəyə qalxdı. Bu gecə isə döyüşlər başladı.”

Birləşmiş Ştatların başçılıq etdiyi 6 həftəlik “Səhrada qasırğa” adlanan əməliyyatlar İraq qoşunlarını geri çəkilməyə məcbur etdi. Prezident Buş hücumu dayandırmaq qərarı verdi. Çoxları onu bu qərarına görə tənqid etsə də, bu, Buşun vətənində və xaricdə nüfuzunu artırdı. Bundan sonra o, nüfuzundan Ərəb-İsrail sülh prosesini canlandırmaq üçün istifadə etdi və onun bu sahədəki səyləri elə həmin il Madrid Konfransına gətirib çıxardı. Lakin onun 1992-ci ilin dekaber ayında, onun prezidentlik dönəminin son həftəsində Somalidəkı zorakılıqların qarşısını almaq cəhdləri boşa çıxdı və orada döyüşlər Klintonun prezidentlik dövründə də davam etdi.

Prezident Ronald Reyqanın iki dönəm prezidentlik müddətində Corc Buş vitse-prezident vəzifəsində işlədi. Özü prezident seçildikdən sonra isə dünyada Berlin Divarının uçması və 1991-ci ildə Sovet ittifaqının dağılması kimi böyük dəyişikliklər baş verdi. O zaman sonuncu Sovet prezidenti Mixail Qorbaçov ABŞ-la Rusiyanı strateji partnyor elan edərək, Soyuq Müharibənin sonunu elan etmiş oldu.

Daxili cəbhəyə gəldikdə isə Buş prezidentlik kampaniyası zamanı vergiləri azaldacağı barədə verdiyi sözünün üstündə durmadı.

Respublikaçı prezident Konqresdə çoxluq təşkil edən Demokratların təzyiqləri ilə vergi gəlirlərini artırmağa və beləliklə büdcə defisitinə mane olmağa məcbur olmuşdu. iqtisadi nəzəzzül və Körfəz müharibəsinin nəticələrinə dair suallar onun reytinqinin düşməsi və 1992-ci ildə prezident seçkilərində məğlubiyyətinə gətirib çıxarmışdı.

Seçkilərdə məğlubiyyətindən sonra Buş Texasdakı şəxsi evinə köçərək, neft biznesi ilə məşğul olurdu. Siyasətdən uzaqlaşmasına baxmayaraq, Buş ictimaiyyətin gözündən uzaqlaşmırdı. 8 il sonra o, oğlunun prezidentlik kampaniyasında aktiv iştirak etmişdi.

Sabiq prezident britaniya kraliçası Elizabet tərəfindən cəngavərlik və prezident Obama tərəfindən Azdalıq medallarına layiq görülmüşdü. Sabiq dəniz donanması pilotu olan Buş ata sonuncusu 90 yaşında olmaqla, bir neçə ad gününü paraşütdan tullanmaqla qeyd etmişdi.

XS
SM
MD
LG