Accessibility links

Bəxtiyar Hacıyev prezidentə açıq məktub yazıb


Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanılıb, mayın 18-də orduda xidmətdən yayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanın vicdan məhbuslarından biri, gənc siyasi fəal və bloqer Bəxtiyar Hacıyev dövlət başçısı İlham Əliyevə açıq məktub yazıb. “Mən hər zaman Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasını, gənclərimiz üçün iş və təhsil imkanlarının artırılmasını arzu etmişəm. Bu istiqamətdə görülən işlərə, qazanılan beynəlxalq uğurlara sevinmiş, onları təqdir etmişəm. Öz dövlətimi və xalqımı sevirəm və heç bir xarici maraq və siyasi ambissiya bu sevgidən üstün ola bilməz”, - deyə məktubda qeyd edilir.
Məktub aşağıdakı ifadələrlə başa çatır:
“Cənab Prezident!
Düşünürəm ki, mən həbsdə məhkum kimi yox, azadlıqda olan və öz dövlətinin davamlı və dayanıqlı inkişafı üçün çalışan bir gənc kimi daha faydalı ola bilərəm. Bununla əlaqədar olaraq, azadlığa buraxılmağım məsələsinə baxılmasını Sizdən xahiş edirəm”.

Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanılıb, mayın 18-də orduda xidmətdən yayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. B.Hacıyev hesab edir ki, həbsinin əsl səbəbi, aktiv siyasi fəaliyyəti ilə 2010-cu ilin parlament seçkilərində saxtalaşdırmanı ifşa etməsi, seçkilərdəki saxtakarlıqlara dair iki videosüjeti sübut olaraq sosial şəbəkələrdə yerləşdirməsidir.
Cəzasının yarısını çəkməsinə baxmayaraq apelyasiya məhkəməsi onun vaxtından əvvəl həbsdən azad olunması müraciətini rədd edib.

XS
SM
MD
LG