Accessibility links

"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb


"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb

Dekabrın 14-də Bakının Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının böyük əraziyə yayılmasına imkan verilməyib və yanğın bir saat ərzində tam söndürülüb.

Ümumilikdə 6100 kvadrat metrdən artıq sahəsi olan bazarda 280 kvadrat metr sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kvadrat metr sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kvadrat metrdən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Rəsmi qurumlar yanğının səbəbləri və dəyən ziyanla bağlı hələ məlumat vermir.

2019-ci il Bakıda bir neçə ticarət mərkəzində yanğın olub. Dəyən ziyan on milyonlarla manat hesablanır. Bazarlardakı obyektlərin sığortalanıb-sığortalanmaması barədə məlumat verilmir. Bir qayda olaraq sahibkarlar dəyən ziyanın günahkarlar deyil, hökumətin ödəməsini tələb edir.

Dörd gün öncə, dekabrın 10-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında da yanğın olub. Rəsmi məlumatlara görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Dəyən ziyan milyonlarla manat hesablanır. Sahibkarlar ziyanın hökumət tərəfindən ödənilməsini tələb edir.

Bu il martın 26-da Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində isə beşmərtəbəli bina tamamilə yanıb. Yüzlərlə ticarətçiyə milyonlarla manat ziyan dəyib. Ticarətçilərə dəyən ziyan dövlət tərəfindən qismən ödənilib.

XS
SM
MD
LG