Accessibility links

Cəlilabad rayonunun keçmiş icra başçısının həbs ediləcəyi gözlənilir


Namiq Zeynalov
Namiq Zeynalov

Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə dekabrın 9-da Səbail rayon Məhkəməsində qərar qəbul edilib.

Məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

İttihamlara hələlik, Namiq Zeynalov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyev məmurlara xəbərdarlıq edib

Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını qəbul zamanı yenidən vəzifəli şəxslərə xəbərdarlıq edib.

"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.

DTX-nın əməliyyatları

Bundan öncə isə adıçəkilən qurum bir neçə rayonun icra başçıları və başqa vəzifəli şəxsləri ilə bağlı da əməliyyat keçirmiş, onlar haqqında cinayət işi başlanmışdı.

XS
SM
MD
LG