Accessibility links

Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”


Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”
please wait

No media source currently available

0:00 0:07:38 0:00

Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində 19 yanvar mitinqinin təsirləri və bələdiyyə seçkilərindən danışıb.

Amerikanın Səsi: Milli Şuranın təşəbbüsü ilə yanvarın 19-da keçirilən mitinq ölkənin ictimai-siyasi həyatında hansı dəyişikliklərə səbəb olub?

19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından da böyük oldu.

Cəmil Həsənli: Bu son beş ildə Milli Şuranın keçirdiyi iyirminci mitinq idi. Yəni, ona qədər Milli Şura on doqquz mitinq keçirmişdi. Amma 19 yanvar mitinqi daha möhtəşəm, çoxminli idi və sözün tam mənasında xalqın siyasi cəhətdən aktiv hissəsinin iradəsi ortada idi. Bu, xalq gücünün nümayişi idi. Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması, bu, xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti onun sayından da böyük oldu. Çünki hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb. Azərbaycan hakimiyyətində belə təsəvvürlər var idi ki, o, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun yarıtmaz anti-milli, kriminal siyasətinə xalqın yox demək imkanı artıq aradan qaldırılıb. 19 yanvar mitinqi hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi. Ondan sonra görürsünüz, nələr baş verdi? Üç aylarla küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əmək haqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə insanları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Onun ən

İlham Əliyevin 15 illik hakimiyyətinin ən acınacaqlı nəticələri indi ortadadır.

böyük əhəmiyyəti bundandır.

Amerikanın Səsi: Sizcə kütləvi aksiyaların hökumətə və ictimai-siyasi mühitə təsirləri niyə məhz indi mümkün oldu?

Cəmil Həsənli: Birincisi, İlham Əliyevin 15 illik hakimiyyətinin ən acınacaqlı nəticələri indi ortadadır. İkincisi, hakimiyyətin ifşası indiki kimi açıq şəkildə ortada olmamışdı. Bilirsiniz, 5 il bundan qabaq prezident seçkilərində korrupsiya deyəndə, bu, cəmiyyətdə görünməmiş bir hadisə kimi qiymətləndirilirdi. İndi yerindən duran İlham Əliyev hökumətini korrupsiyada, büdcə oğurluğunda, ofşor hesabların şişirdilməsində və s təqsirləndirir. Beynəlxalq jurnalist qrupu İlham Əliyev rejiminin mahiyyətini ortaya qoydu. İndi ən böyük səbəb İlham Əliyev dövləti ironiyaya çevirməsidir. Hər bir hakimiyyətin faciəsi onun ironiyaya çevrildiyi gündən başlayır. İlham Əliyev öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin etməklə hakimiyyəti ironiyaya çevirdi. Cəmiyyət də, o, ironiyanı açıq-aydın gördüyü, başa düşdüyü üçün, bu, siyasi aktivliyi nümayiş etdirdi.

Amerikanın Səsi: Milli Şura növbəti mitinqi nə vaxt keçirmək istəyir? Hökumət mitinqə icazə verməzsə hansı alternativ tədbirlərdən istifadə edə bilərsiniz?

Müvafiq bir vaxtda, çox da uzaq olmayan bir vaxtda yeni mitinqin anonsu verilə bilər.

Cəmil Həsənli: Mən onu deyim ki, hökumət Milli Şuranın mitinqlərinə icazə vermək məcburiyyətindədir. Hökumətin ayrı çıxış yolu yoxdur. O bir mitinqə, uzağı iki mitinqə icazə verməyə bilər. Amma onda gərək sərbəst tomlaşmaq azadlığını “Sərbəst Toplaşma haqqında” qanundan, konstitusiyadan çıxarsın. Üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən imtina etsin. Ölkədə ya sərbəst toplaşmaq azadlığı olmalıdır, ya da olmamalıdır. Sərbəst toplaşmaq azadlığı konstitusiyada təsbit olunub. Azərbaycan hakimiyyətinin buna icazə verməkdən başqa çarəsi yoxdur. Biz bu müzakirələri aparırıq. Müvafiq bir vaxtda, çox da uzaq olmayan bir vaxtda yeni mitinqin anonsu verilə bilər. O ki, qaldı mitinqə icazə verməsələr, biz, nə edərik? Biz əminik ki, icazə verəcəklər. Verməsələr müzakirə edib müvafiq qərar qəbul edəcəyik.

Amerikanın Səsi: Bu il bələdiyyə seçkiləri ilidir. Milli Şura seçkilərə qatılacaqmı?

Bütövlükdə seçki sistemini dəyişmək lazımdır.

Cəmil Həsənli: Əgər xatırlayırsınızsa, hətta bu ilin əvvəllərində biz 2019-cu ili seçki islahatları ili kimi görmək istəyirdik. Bu barədə bizim bəyanatlarımız da olub. Seçki ili kimi görmək nə deməkdir? O deməkdir ki, seçki islahatları keçirilsin, seçki qanunvericiliyində dəyişikliklər edilsin və etimadlı bir seçki qanunvericiliyi ortaya qoyulsun. Seçkidə iştirak edən tərəflərin maraqlarını ifadə edən komissiyalar, qanunlar bərqərar edilsin. 3 dəfə, 4 dəfə xalqın iradəsini zorlayıb seçkiləri saxtalaşdıran qanunlarla, “Seçki Məcəlləsi” ilə, seçki komissiyası ilə seçkiyə getməyin elə bir anlamı yoxdur. Ona görə də bütövlükdə seçki sistemini dəyişmək lazımdır. Mənə elə gəlir ki, indi artıq Azərbaycan hakimiyyəti və ölkənin siyasi qüvvələri seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı, seçki islahatlarının başlanması ilə bağlı xalqa açıqlamalar verməlidir, əməli addımlar atmalıdır. Venesiya Komissiyasının tövsiyyələri nəzərə alınmalıdır. Faktiki olaraq Azərbaycanda seçki institutu işləmir. Hakimiyyət mənimsənilir. Hakimiyyətin bu günə düşməsinin ən böyük səbəbi hakimiyyətin mənimsənilməsidir. Azərbaycan konstitusiyasının 6-cı maddəsinə görə ölkədə ən böyük cinayət hadisəsi hakimiyyətin mənimsənilməsi hesab edilir. Ard-arda bir neçə dəfədir ki, bu, baş verir və 19 yanvarın hədəflərindən biri də xalqın iradəsinə dayanan bir hakimiyyətin formalaşmasıdır. Bu da seçki yolu ilə ola bilər.

Qeyd: Azərbaycan hakimiyyəti demokratik azadlıqların, o cümlədən toplaşmaq, seçki azadlıqlarının tam təmin edildiyini, ölkədə seçkilərin demokratik və azad şəraitdə keçirildiyini bəyan edir. Rəsmi Bakı insan hüquqları, seçkilərlə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Hökumət korrupsiyaya qarşı davamlı mübarizə aparıldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG