Accessibility links

Cəmil Həsənli: Milli Dirçəliş günü Şəhidlər Xiyabanını ziyarətə imkan verməməsi hakimiyyətin insan hüquqlarına müdaxiləsidir [Video]


Cəmil Həsənli: 'Telefonlarımız alınmışdı, ifadə almaq istəyirdilər, amma...'
please wait

No media source currently available

0:00 0:05:19 0:00

“Polisin dünən, noyabrın 17-də Milli Dirçəliş günü Şəhidlər Xiyabanını ziyarətə imkan verməməsi hakimiyyətin insan hüquqlarına müdaxiləsidir.”

Bunu, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli jurnalistlərə bildirib.

Cəmil Həsənli deyib ki, Azərbaycanda heç vaxt anım günlərində, bayramlarda müqəddəs yerlərə ziyarətlərə hansısa bir məhdudiyyət olmayıb.

“Doğrudur, polis Milli Şuranın 20 yanvar və 26 fevral ziyarətlərinə zorakılıq göstərir. Ancaq belə bir vəziyyət yaranmamışdı. Bu dəfə saxlananlar oldu, əsasən Milli Şuradan, AXCP-dən olan ziyarətçilər kütləvi şəkildə saxlandı, onların bir həssəsi avtobusla hadisə yerindən uzaqlaşdırılsa da, qalanı Səbail Rayon Polis İdarəsinə gətirldi. O cümlədən, Əli Kərimli və mən. Bütün bunlar qanuna zidd hərəkətlər idi”.

Milli Şura sədri deyib ki, idarədə günün çox hissəsini Əli Kərimli ilə polis nəzarətində olublar.

“Telefonlarımız alınmışdı, ifadə almaq istəyirdilər, amma vəkilin iştirakını tələb etdik. Ona görə akt tərtib olundu ki, vəkilləri olmadığından ifadə verməkdən imtina etdilər. Amma vəkil Vidadi Mirkamal bizimlə görüşə cəhd etsə də, icazə verməyiblər. Bəzi media qurumlarında yayılan məlumatlara görə, Əli bəyə İnzibati Xətalar Məcəlləsinə uyğun ittiham irəli sürülüb. Həmin maddələr üzrə ona 2 aya qədər həbs verilə bilər. Məncə, bugün, bazar günü hər şey aydın olmalıdır”.

Cəmil Həsənli bildirib ki, o, noyabrın 17-də günün çox hissəsini Əli Kərimli ilə eyni kabinetdə olub. “Bu vaxt ərzində bizə qarşı zorakılıq, yaxud kobudluq olmadı”, o bildirib.

Cəmil Həsənli vurğulayıb ki, polisin noyabrın 17-də Milli Şuranın Şəhidlər Xiyabanını ziyarət etməsinə zorakılıqla yol verməməsi daxildə və xaricdə etirazla qarşılanıb:

“Qərb mediası artıq baş verənlər barədə məlumat yayıb, dünən xarici mətbuatın gündəmlərindən biri Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətləri olub. Beynəlxaql təşkilatlar məlumatlanıdırlıb, bir hissəsi öz münasibətini ifadə edib. Sosial şəbəkələrədə hakimiyyətin rəzil hərəkəti tənqid olunur. Bu, hakimiyyətin daha çox qorxu sindromu üzərində qurulmuş ağılsız hərəkətidir. Ancaq antimilli hakimiyyət Şəhidlər Xiyabanının ziyarətgahəna maneçilik törədə bilər. Şəhidlər Xiyabanını ziyarət yalnız siyasi hüquqlarla bağlı deyil, milli-mənəvi məsələdir. Ona görə də bu hisslərdən məhrum olanlar belə qanunsuzluqlara yol verə bilərlər”.

Noyabrın 17-də baş verənlərə və Milli Şura sədri Cəmil Həsənlinin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi, eləcə də başqa rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib. Ancaq dövlət başçısı İlham Əliyev son vaxtlar dəfələrlə bəyan edib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Azərbaycanda bütün fundamental azadlıqların qorunduğunu deyən prezidentin vurğuladığına görə, yalnız xalq müxalifətin tələb və istəklərinə müsbət cavab vermir.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. Onlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsinə gətiriblər. Ümumilikdə 30-dan çox şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəallar sərbəst buraxılıblar.

XS
SM
MD
LG