Accessibility links

Cəmil Həsənli: Qasim Süleymaninin öldürülməsi ilə bağlı sosial şəbəkədəki müzakirələr son dərəcə acınacaqlıdır


Cəmil Həsənli
Cəmil Həsənli

“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlarını icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymaninin İraqda amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır. Milləti bir-birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir.”

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazıb.

General Qasim Süleymaninin öldürülməsi Azərbaycanda sosial şəbəkələrdə geniş müzakirə mövzusudur. Bəzi təşkilatlar hətta Qasim Süleymanini məzlumların dayağı, müsəlmanların ümid yeri kimi canlandırır. Üzvlərinin bir çoxu, o cümlədən sədri Tale Bağırzadə həbsdə olan Müsəlman Birliyi Hərəkatı Qasim Süleymaninini “dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi” kimi təqdim edib. Halbuki bu hərəkatın üzvlərinin və sədrinin həbsi indiyədək hər hansı müsəlman ölkəsi və ya təşkilatı tərəfindən pislənməyib. Hərəkat üzvlərinin həbsi bir qayda olaraq qərb institutları tərəfindən pislənib və onalrın azadlığa buraxılması tələb edilib.

Azərbaycanda islam inanclı vətəndaşlar bu rejimin işgəncə laboratoriyasından keçiriləndə nə general Süleymaninin, nə də özünü qonşu dövlətlərin islam təəssübkeşi hesab edən ali ruhani elitasının səsi çıxmayıb və bu gün də çıxmır. General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur.
Cəmil Həsənli, Milli Şuranın sədri


Müsəlman Birliyi Hərəkatı olaraq böyük komandanın şəhadəti münasibətilə başda dünya müsəlmanlarının rəhbəri olmaqla, ailəsinə, yaxınlarına, sevənlərinə və bütün haqqpərəst bəşəriyyətə başsağlığı verir və deyirik ki, zatən belə şəxsiyyətlər bu dünyadakı həyatlarını ən yüksək zirvədə şəhadətlə tamamlamasalar heyf olardı. Hacı Qasim! Şəhadətin mübarək və intiqamın şiddətli olsun!” hərəkatın bəyanatında deyilir.

Cəmil Həsənli hesab edir ki, bu mənzərə ölkədə təhsil sisteminin çökdürülməsi, nazirlərin öz yanında falçılar saxlaması, dinin korrupsiyalaması və kleptokratik hakimiyyətin əlində alətə çevrilməsinin bilavasitə nəticəsidir.

“Azərbaycanda islam inanclı vətəndaşlar bu rejimin işgəncə laboratoriyasından keçiriləndə nə general Süleymaninin, nə də özünü qonşu dövlətlərin islam təəssübkeşi hesab edən ali ruhani elitasının səsi çıxmayıb və bu gün də çıxmır. General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur. Xüsusilə öz vətəninə və milli atributlara bağlılığı ilə seçilən Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlarını icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymanini,“dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" adlandırması məyusedici dəyərləndirmədir,” o qeyd edir.

Milli Şuranın sədri bildirir ki, kim tərəfindən törədilməsindən asılı olmayaraq terrorun əleyhinədir.

“Amma nicatımızı da, qəhrəmanlarımızı da öz içimizdə axtarmalıyıq. Bütün mənalarda gözümüzü xaricdən çəkməliyik. Hələ 1909-cu ilin yanvar ayının 11-də Cəlil Məmmdəquluzadə “Molla Nəsrəddin” jurnalında yazırdı: “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir,” Həsənli qeyd edir.

XS
SM
MD
LG