Accessibility links

Cəmil Həsənli: Tənqidçiləri aradan götürmək İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biridir


Cəmil Həsənli: Tənqidçiləri aradan götürmək İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biridir
please wait

No media source currently available

0:00 0:28:51 0:00

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə verdiyi müsahibədə xaricdə yaşayan müxalif fikirli Azərbaycanın diaspora üzvlərinin hədəf alınması və hücumlara məruz qalmasını şərh edib. Cəmil Həsənli bu yaxınlarda Fransada bloger Məhəmməd Mirzəlinin bir qrup hücumçu tərəfindən bıçaqlanmasına münasibət bildirib.

Cəmil Həsənli bundan öncə də Mirzəliyə odlu atəş açıldığını və onun xəsarət aldığını bildirib. Milli Şura sədri Mirzəliyə bacısının şəxsi görüntülərinin göndərilməsini “əxlaqsız şantaj” adlandırıb.

“İstənilən situasiyada hakimiyyət orqanlarının, hakimiyyət təmsiliçilərinin, onlara qulluq edənlərin adamların yataq otaqlarına öz burunlarını soxmasından daha alçaq bir iş yoxdur,” o deyib.

Cəmil Həsənli hesab edir ki, hakimiyyətin Avropada əməkdaşlıq etdiyi müəyyən kriminal qruplar var və onlar cinayət qruplaşmalarıdır.

Milli Şuranın sədri bu yaxınlarda Almaniya Bundestaqının üç deputatı Azərbaycan hakimiyyətindən rüşvət aldıqlarına görə, onların barələrində cinayət araşadırmalarının başladığını deyib.

“Əgər bunlara pul verirlərsə, kriminal qruplara niyə pul verməsinlər?” o, sual edib. Onun sözlərinə görə, hakimiyyətin məqsədi Azərbaycan xalqını Qərb dəyərlərindən çəkindirməkdir.

Onlar şirdiklərndirmə, satınalma, rüşvətə cəlb etmə yolları ilə bu şeyləri həll etmək istəyirlər. Bunlar olmayanda ‘dəyənək siyasətinə’, cəzalandırma siyasətinə baş vururlar. “Bu kriminal bir əməldir və Azərbaycan hakimiyyəti də bu kriminalın bütün növlərindən istifadə edir.

“Məhəmməd Mirzəli, daha öncə isə Qabil Məmmədov və Orxan adlı blogerin döyülməsi bu işin dərinləşməsindən, sistemik xarakter daşımasından xəbər verir və ölkədə azad mətbuatı, azad sözü qadağan edəndən sonra, vətəndaş cəmiyyətini şumlayandan sonra, bunlar indi ölkədən kənarda da bu işləri həyata keçirmək istəyirlər,” o, qeyd edib.

Cəmil Həsənli Məhəmməd Mirzəlinin sağlamlığının bərpa olunmasını və bu cinayət işinin açılması istiqamətində işlərin görülməsini arzuladığını bildirib və eyni zamanda “söyüş jurnalistikası”nın əleyhinə olduğunu əlavə edib.

“Söyüşlə milləti xoşbəxt etmək olmaz,” o deyib.

Milli Şuranın sədri xaricdə yaşayan diaspora üzvlərinə qarşı hücumların Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gələn bir məsələ olduğunu söyləyib.

Cəmin Həsənli bu cür halların genişlənməsini istisna etmədiyini deyib.

Onun dediyinə görə, hakimiyyətin özünə məxsus ”tərbiyə etmək” üsulu var ki, bu qorxutma, çəkindirməkdir. “Onlar şirdikləndirmə, satınalma, rüşvətə cəlb etmə yolları ilə bu şeyləri həll etmək istəyirlər. Bunlar olmayanda ‘dəyənək siyasətinə’, cəzalandırma siyasətinə baş vururlar. “Bu kriminal bir əməldir və Azərbaycan hakimiyyəti də bu kriminalın bütün növlərindən istifadə edir,” o deyib.

Həsənlinin dediyinə görə, İlham Əliyev rejimi istəyir həm korrupsiya ilə məşğul olsun, hakimiyyəti kriminallaşdırsın, həm də demokratiyaya iddialı olsun.

“Ona görə də bu tipli şeylər, tənqidçiləri aradan götürmək siyasəti İlham Əliyevin stategiyasında, siyasətində prioritet istiqamətlərdən biridir,” o bildirib.

Cəmil Həsənli Azərbycanda tənqidlə məşğul olanların, xüsusilə siyasi baxımdan müxalif mövqe tutan adamların həyatının həm ölkə içində həm də xaricdə təhlükədə olduğunu söyləyib.

Onun sözlərinə görə, “Azərbaycanda korrupsiyalaşmış rejimə qarşı bir söz demək, xalqın maraqlarını ifadə etmək həddindən artıq çətindir.”

O deyir ki, Azərbaycanın həm içində həm də xaricində müxalifətçi olmaq ölüm riski ilə üz-üzə yaşamaq deməkdir.

Azərbaycanda siyasi partiya, hərəkat üzvü olan müxalifətçilər də, tənqidçi jurnalistlər də, blogerlər də, bunlar heç bir Allahın verdiyi ömrü yaşamır. Bunlar Əliyev xüsusi xidmət orqanlarının limitləşdirdiyi ömrü yaşayır.

“Azərbaycanda siyasi partiya, hərəkat üzvü olan müxalifətçilər də, tənqidçi jurnalistlər də, blogerlər də, bunlar heç bir Allahın verdiyi ömrü yaşamır. Bunlar Əliyev xüsusi xidmət orqanlarının limitləşdirdiyi ömrü yaşayır,” o bildirib.

Cəmil Həsənli iddia edir ki, məsələnin bir digər eybəcər cəhəti odur ki, Əliyev rejimindən müxalifətçi kimi qaçıb, xarici ölkədən sığınacaq alan bəzi insanlar indi əlindən qaçdıqları həmin rejimlə əməkdaşlıq edirlər.

“Əliyev rejimin əlindən qaçan geniş bir dairə həmin kriminal rejimlə əməkdaşlığa girişib və bu həm utandırıcı bir işdir, həm də kifayət qədər təhlükəlidir. Çünki o kriminal əməllərin bir hissəsi həmən şəbəkə vasitəsilə həyata keçirilir,” o söyləyib.

Cəmil Həsənli xaricdə mühacir olaraq yaşayan diaspor üzvlərini həyatlarına təhlükə hiss etdikləri zaman hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

“Bütün hallarda adamlarımız gərək kifayət qədər ehtiyalı olsunlar, çünki istər mühacir olsun, istər xaricdə işləyən və ya yaşayan olsun, onların hamısı kriminal dövlət adına fəaliyyət göstərən kriminal bir dəstə ilə üz-üzədir,” Milli Şuranın sədri bildirib.

Martın 14-də siyasi mühacir kimi Fransada yaşayan Məhəmməd Mirzəliyə soyuq silahla hücum olub.

Azərbaycan diaspora nümayəndələri sosial şəbəkələrdə Mirzəlinin xəstəxanada görüntülərini yayıb. O bildirir ki, bir neçə şəxs ona bıçaqlarla zərbələr endirib.

O, Azərbaycan hakimiyyətindən şübhələndiyini bildirir.

Məhəmməd Mirzəli xəstəxanaya yerləşdirilib, əməliyyat edilib.

Mirzəli sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidləri ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə qarşı törədilmiş hücuma hələ münasibət bildirməyib.

XS
SM
MD
LG