Accessibility links

Cənnətin bir parçası - Ki Vest [Video]


Cənnətin bir parçası - Ki Vest
please wait

No media source currently available

0:00 0:08:36 0:00

Cənnətin bir parçası - Ki Vest

Bu şəhərin küçələrində gəzərkən insan özünü bir səyahət romanında başına macəralar gələn bir qəhmanı kimi hiss edir. Bu dəfə sizə indiyə qədər qarşılaşdığım ən ekzotik yerlərdən biri haqqında danışmaq istəyirəm.

Cənnətin bir parçası imiş görünən bu adanı məşhur edən digər səbəblərdən biri də bu kiçik şəhərdə yeləşən və ABŞ-ın siyasi-ictimai həyatında əhəmiyyətli yerə malik binalardır. Əlbəttə, ədəbiyyatsevərlər üçün Ki Vest deyərkən ağılan gələn ilk şey məhz nobel mükafatlı amerikan yazıçı, hamımızın Silahlara əlvida, Qoca və dəniz, Klimancaro dağları romanlarından tanıdığımız Ernest Heminqueyin evinin burada yerləşməsidir.

Ernest Heminqueyin Ki Vestdəki evi
Ernest Heminqueyin Ki Vestdəki evi

İspaniya arxitekturası tərzində tikilmiş bu evə Heminquey ilk dəfə 1928-ci ildə gəlir. Həyat yoldaşı Poulinin əmisi Qas cütlüyü 3 həftə bu evdə qonaq edir. Həmin müddət ərzində yazıçı ona dünya şöhrəti qazandıran Silahlara əlvida romanını məhz bu evdə bitirir. 3 il sonra isə Qas evi alaraq onlara hədiyyə edir. Bununla da yazıçının 8 il davam edəcək Kİ Vest macərası başlayır.

Həm nobel, həm də Pulitzer mükafatını qazanan azsaylı yazıçılardan biri olan Heminqueyin yaradıcılıq baxımından ən məhsuldar illəri məhz bu evdə keçib. O hər gün səhər 6-da yuxudan oynaraq, yazı masası arxası keçir və saat 12-ə qədər 500-700 arası söz yazmadan masadan qalxmazmış. Klimancaronun qarları, Afrikanın yaşıl təpələri, Olmaq və ya olmamaq romanları da bu evdə yazılıb.

Evin özünə məxsus xüsusiyyətindən biri də burada olan pişiklərdir. Qaraçı pişikləri adlanan bu pişiklərin 6 barmağı var. Bura gələn turistlərin bəziləri hətta məhz həmin 6 barmaqlı pişikləri görmək üçün gəlir.

''Ki Vestə gələrkən Heminqueyin evini mütləq ziyarət etməyi planlaşdırırdıq. Mən özüm pişikləri dəhşət çox sevdiyimdən həm də məhz buna görə gəlmək istəyirdim. Burda olduğum müddətdə qaşrılaşdığım hər pişiklə mütləq oynamalıydım.'' - deyə, İndianadan olan Suzan Fişer bildirib.

Ernest Heminqueyin yazı masası və altıbarmaqlı pişik
Ernest Heminqueyin yazı masası və altıbarmaqlı pişik

Hal-hazırda bu evdə 54 pişik yaşayır. Onlar üçün ayrıca evlər hazırlanıb və onların qayğısına qalmaq üçün xüsusi xidmətçilər işə götürülüb. Hətta burada ölən pişiklər üçün qəbiristanlıq da salınıb.

1940-cı ildə Ernestlə Paulin boşandıqdan sonra Heminquey üçüncü arvadı Marta Gellhornla Kubaya köçür. Buna baxmayaraq yazar intihar etdiyi 1961-ci ilə qədər Ki Vestə səfər etməyə davam edir.

Ki Vest bu günə qədər çoxlu sayda yazar və incəsənət insanın evi olub. Ancaq onların heç birinin bu kiçik adaya təsiri Ernest Heminquey qədər güclü olmayıb.

Adanın ən gediş-gəlişli küçələrindən biri də Duval küçəsidir. Bu küçədə müxtəlif ölkələrin mətbəxinə uyğun fəaliyyət göstərən restoran və kafelərə rast gəlmək mümkündür. Bundan əlavə Duval küçəsi həm də sənətsevərlər üçün də sevimli yerdir. Virciniya ştatından olan Coi Straiten artıq 16 ildir ki, Ki Vestə yaşayır və öz çəkdiyi rəsmləri Duval küçəsində satışa çıxardır. Onun sözlərinə görə, burada həyat o qədər rahat və ilhamlandırıcıdır ki, yaradıcı bir insan kimi heç vaxt ideyan tükənmir.

''Ki Vest ona görə xüsusi bir yerdir ki, yaradıcı insan olaraq hər an ilhamlandırıcı nəsə tapa bilirsən. Hər zaman rəsm çəkmək üçün gözəl nəyləsə qarşılarsan. Üstəlik insanları da möhtəşəmdir. Azad ruhlu. Xüsusilə burada azad ruhlu qadınlar başqa yerlərdən daha çoxdur. Ancaq ən əsası odur ki, sənin heç vaxt ideyan tükənmir, rəsm çəkmək üçün hər zaman nəsə tapa bilirsən.'' - deyə, Coi qeyd edib.

Ki Vest adasında qürub
Ki Vest adasında qürub

Günbatışı festivalı bu kiçik ada şəhərinin insanları üçün dini ritualı kimi bir şeydir. Kimisi gitara ilə öz performansını nümayiş etdirir, kimisi əldə hazırlanmış hədiyyələrini satır, kimisi də sərin içkiləri ilə insanların bu günbatımından daha dadlı şəkildə zövq ala bilməsinə çalışır.

Florida deyərkən çox insanın ağlına gələcək ilk şey səs-küylü Mayami çimərlikləri və bitmək bilməyən çılğın gecə həyatı olur. Ancaq Ki Vest adası elə bir yerdir ki, istər özünün gözəl təbiəti ilə, istər sakit, insanın rahatlaşdıran həyat tərzi ilə mənim kimi dünyanın hər yerindən olan minlərlə insanı özünə cəlb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG