Accessibility links

Cənub-Şərqi Asiya ölkələrinin ətraf mühit fəalları regionda tullantı idxalının qadağasına çağırır


Cənub-Şərqi Asiyanın ətraf mühit fəalları Banqkokdakı zirvə toplantısında iştirak edən hökumət liderlərinə “regionu dünyanın zibilxanasına çevirən” plastik və elektron tullantıları idxalının qadağası çağırışı etmək niyyətindədirlər.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 10 üzv ölkəsinin liderləri “Tərəfdaşlıq və Dayanıqlılığın Gücləndirilməsi” şüarı ilə keçirilən dörd günlük sammitdə bir araya gəlib.

Dünyanın birnnömrəli tullantı emalçısı olan Çinin tullatıların idxalına tətbiq etdiyi qadağadan sonra milyonlarla ton tullantı daha az tənzimlənən ölkələrə göndərilməyə başlayıb və nəticədə cənub-şərqi Asiya ölkələrinə idxal edilən plastik və elektron tullatınların həcmi artıb.

Tailandlı ətraf mühit müdafiəçiləri deyirlər ki, tullantı mübadiləsinin qadağan edilməsi ASEAN ölkələrinin marağındadır.

Çindən sonra dəniz ən çox tullantı atan ölkələr olan İndoneziya, Filippin, Vyetnam və Tailand ASEAN toplantısında iştirakçılar arasındadır.

XS
SM
MD
LG