Accessibility links

Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub [Video]


Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub

Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

Bakıda həmçinin XXV Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub. Açılış mərasimi sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.

Azərbaycan Prezidenti çıxışında ABŞ hökumətinə təşəkkürünü bildirib.

“ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Tereza Meyin təbrikini oxuyub.

Baş nazir Azərbaycan xalqını AXC-nin 100 illiyi ilə bağlı təbrik edib.

Təbrikdə daha sonra qeyd olunub ki, neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib.

“BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” tarixi dönüş oldu”.

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk ölkəsinin “Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəklədiyini” deyib.

“Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək”.

Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyur deyib ki, 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq.

“Avropa bazarı bundan sonra çox cəlbedici olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur”.

BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qari Consun sözlərinə görə, təmsil olunduğu şirkətdə Azərbaycanın 2500 vətəndaşı çalışır:

“Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir”.

İlham Əliyev
İlham Əliyev

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, Trans Anadolu Kəməri (TANAP) və Trans Adriatik Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir.

XS
SM
MD
LG