Cənubi Afrika yeni bir araşdırmanın COVID-19-a qarşı aparılan peyvənd kampaniyası zamanı AstraZeneca peyvəndinin ölkədə aşkar edilən virusun bir variantına qarşı daha az təsirli olduğunu deyərək, bu peyvəndin tətbiqini dayandırıb.
Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikadakı son durumla əlaqədar bazar ertəsi toplantı keçirib.
Yohannesburqdakı Vitvatersrand Universiteti tərəfindən aparılan və hələ ekspertlərin dəyərləndirmədiyi araşdırma Britaniya peyvəndinin Cənubi Afrika varıantının yalnız orta yaşlı insanlarda yüngül formada yoluxmanın qarşısını ala bilir.
Bu xəbər koronavirusdan 46 mindən çox insanın öldüyü Cənubi Afrika üçün böyük zərbə olub. Bu ölkə yaxın günlərdə əhalisinə bir milyon dozada AstraZeneca peyvəndi vurmağa başlamağı planlaşdırırdı. Lakin aparılan tədqiqat AstraZeneca peyvəndinin virusun Cənubi Afrika variantının yüngül formasına yalnız 22% təsirli olduğunu göstərib.
Tədqiqat peyvəndin ağır formalara qarşı təsirini araşdırmayıb. Bu variant ABŞ da daxil olmaqla, azı 32 ölkədə aşkar edilib
AstraZeneca bazar günü Cənubi Afrika variantına qarşı daha təsirli başqa bir peyvənd üzərində işlədiyini bildirib. Şirkət həmin peyvəndin bu ilin payızına qədər hazır olacağının gözlənildiyini deyib.