Cənubi Afrika gələn həftə Johnson & Johnson əczaçılıq şirkəti tərəfindən təsdiqlənməmiş koronavirus peyvəndini ön cəbhədə səhiyyə işçilərinə tətbiq etməyə başlayacaq.
Səhiyyə Naziri Zveli Mxizi çərşənbə axşamı Cənubi Afrikanın N501Y variantının yüngül və orta dərəcəli hallarına qarşı təsirli olmaya biləcəyi ilə bağlı narahatlığı səbəbi ilə Oxford-AstraZeneca peyvəndindən istifadəsini dayandırdığını bildirib.
Səhiyyə naziri ölkə alimlərinin AstraZeneca peyvəndini araşdırmağa davam edəcəyini və peyvəndin müddəti bitmədən dəyişdirilib-dəyişdirilməsinə dair tövsiyələr verəcəyini bildirib.
Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Mxize milli televiziya ilə Amerika Birləşmiş Ştatları və Latın Amerikasında 44 min insan üzərində aparılan sınaqlara əsaslanaraq, Cənubi Afrikanın Johnson & Johnson peyvəndinin təhlükəsiz olduğunu deyib.
Lakin Johnson & Johnson peyvəndi hələ heç bir ölkə tərəfindən təsdiqlənməyib. Şirkət keçən həftə ABŞ-da təcili istifadə məqsədilə icazə verilməsi üçün müraciət edib.
Cənubi Afrikanın eləcə də immunizasiya proqramını dəstəkləmək üçün Pfizer və digərlər peyvəndlərdən istifadə edəcəyi gözlənilir.
Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Cənubi Afrika qitədə COVİD-19-a yoluxma hallarının yüksək səviyyədə olduğu ölkə olaraq qalmaqda davam edir. Belə ki, ölkədə 1.479.000-dən çox təsdiqlənmiş yoluxma, 46.869 ölüm halı qeydə alınıb.