Accessibility links

Cənubi Afrikada qadınlar arasında evlilik yaşı getdikcə artır


Cənubi Afrikada qadınlar arasında evlilik yaşı getdikcə artır
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Cənubi Afrikada qadınlar arasında evlənmə yaşı artmaqda davam edir və hazırda qadınlar üçün orta evlilik yaşı 32-dir. Beş il əvvəl isə qadınların ortalama evlilik yaşı 30 idi. Bu, inkişaf etmiş ölkələrdə müşahidə olunan qlobal trendin bir hissəsidir. Orada qadınların təhsil səviyyələri və gəliləri ilə birlikdə qadınların evlilik yaşları da artır. Cənubi Afrikada qadınlar evlilik əleyhinə olmadıqlarını amma sadəcə evlilik xətrinə evlənmədiklərini deyil.

Dünya boyu qadınlar daha gec ailə həyatı qurur. Bu ölkələr arasında Cənubi Afrika da var ki, orada gəlinlərin ortalama yaşı 32-dir və bu getdikcə artır. 33 yaşlı Samina Ənvəri dekabr ayında evlənməyi planlaşdırır. O bu xəbəri yaxınlarına verəndə onlar təəcüblənmişdi.

Mən getidkcə daha çox Bred Pitt və Ancelina Coli kimi cütlüklərə rast gəlirəm.Yəni onlar birlikdə yaşayıb, istəsələr uşaq sahibi olurlar.
Elevia Aderianoye

“Mən universiteti bitirmişəm, iş tapmışam. Bütün bunları etmişəm. Amma insanlar ən çox mən onlara evləndiyimi deyəndə həyəcanlandı. Mən əslində güldüm və “mən heç nəyə nail olmamışam axı” dedim” – deyə, Samina Ənvəri bildirir.

Cənubi Afrikanın gənc, peşəkar qadınları üçün evlilik ən yüksək prioritet deyil. Onlar arasında Lvindo Hamukoma da var. Onun valideynləri isə artıq 30 ildən çoxdur evlidirlər.

“Evlənirsən, universiteti bitirirsən, uşaqların olur. Bu, uğurlu həyat hesab olunurdu. Mən isə başqa həyatı uğurlu hesab edirəm. Universitet oxuyursan, nə olmaq istədiyini müəyyən edirsən, səni dolana biləcəyin maaşla təmin edəcək iş tapırsan. Ondan sonra isə özünü təkmilləşdirməyin yollarını axtarırsan. Evlilik isə bunların arasında deyil”, o deyir.

Cütlüklər üzrə mütəxəssiləşdən psixoloq Elevia Aderianoye evliliyə qarşı biganəliyin olduğunu deyir.

“Mən getidkcə daha çox Bred Pitt və Ancelina Coli kimi cütlüklərə rast gəlirəm.Yəni onlar birlikdə yaşayıb, istəsələr uşaq sahibi olurlar. İstəməsələr də, bunda problem görmürlər”, o söyləyir.

Evli qadınlar üçün statistika belədir: səhhətin pisləşirsə, maaşın azalır, stress artır, bədbəxtlik artır. Empirik baxımdan subay qadınlar daha xoşbəxt və zəngin olurlar.
Çipo Hamukoma

Pricenomics vebsaytı qlobal evlilik məlumatlarını təhlil edib və onlar arasında bir korrelyasiya aşkar edib. Belə ki, ortalama əmək haqqının yüksək olduğu ölkələrdə evlilik yaşı da yüksəkdir.

Hamukomanın bacısı, iqtisadçı Çipo da evli deyil və o, Cənubi Afrikada da bənzər trend müşahidə etdiyini deyir.

“İqtisadçı olaraq deyə bilərəm ki, evli qadınlar üçün statistika belədir: səhhətin pisləşirsə, maaşın azalır, stress artır, bədbəxtlik artır. Empirik baxımdan subay qadınlar daha xoşbəxt və zəngin olurlar. Yəni onların bunu qoruyub saxlaya biləmələri üçün çox yaxşı evlilikləri olmalıdır”, o söyləyir.

Ənvəri nişanlıdır. O evlənəndə öz soyadında qalmağı planlaşdırır. Onun sözlərinə görə, yaşıdları evliliyi artıq bir məqsəd olaraq görmür. Məqsəd xoşbəxt olmaqdır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG