Accessibility links

Cənubi Asiyadan 3 fərdə sanksiya tətbiq edilib


ABŞ Cənubi Asiyadan 3 fərdin insanları İslam Dövləti qrupu sıralarına cəlb etməkdə ittiham edib.

Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, malayziyalı Məhəmməd Rafi Udin, indoneziyalı Məhəmməd Kərim Yusop Faiz və filippinli Məhəmməd Reza Lahaman Kirəmin 2016-cı ilin iyun ayında İŞİD tərəfindən girov götürülən 3 nəfərin başını kəsdiyi göstərilən video aşkar edilib.

“Maliyyə Nazirliyi İŞİD sıralarına insanları cəlb edənləri, insanların başlarını kəsənləri və zorakı təbliğat yayanları hədəf alıb”- deyə, nazirliyin terrorizm və maliyyə kəşfiyyatı üzrə nazir müavini Siqal Mandelker bildirib.

“BMT və beynəlxalq tərəfdaşlarımızla birgə İŞİD-lə mübarizə çərçivəsində terrorçulara, beynəlxalq miqyasda hücumlar törədənlərə sanksiyalar tətbiq edirik” - deyə o əlavə edib.

Sabiq taksi sürücüsü Udin 1998-ci ildən İŞİD sıralarına qoşulub. 2014-cü ildə o, Suriyaya gedib. Filippində İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqətini bildirən Udin İsnilon Hapilonun rəhbərliyi altında fəaliyyət göstərib.

Faiz 9 il Filippində həbsdə saxlanılıb. O, İŞİD sıralarına 2014-cü ildə qoşulub.

Kirəm isə 2012-ci il Zambianqa şəhərində avtobusun partladılmasının məsuliyyətini daşıyır. O, Ənsər-Xəlifə qrupuna 2014-cü ildə qoşulub.

Hər 3 fərd Qlobal TerrorirStlər siyahısına salınıb.

XS
SM
MD
LG