Accessibility links

Cənubi Koreya Şimali Koreya ilə dialoqun bərpasına söz verib


Cənubi Koreya Prezidenti Mun Jey İn vəzifəsinin sonuncu ilini Koreya yarımadasında davamlı sülhün bərqərar edilməsi yolunda çalışacağına söz verib.

Mayın 10-da Seulda milli televiziya çıxışı zamanı Prezident Mun beşillik vəzifəsinin sonuncu ilinin "yarımçıq bir sülhdən təməlli bir sülhə doğru getmək üçün son fürsət" ola biləcəyini deyib.

Mun ABŞ Prezidenti Co Baydenin nüvəsizləşdirməyə nail olmaq üçün “rahat, tədrici və praktiki” yanaşma tərzinə dəstək verdiyini bildirib.

Baydenin xarici siyasət komandası Şimali Koreya ilə yaranmış çıxılmaz vəziyyətlə bağlı siyasətin nəzərdən keçirilməsini tamamlayıb. Rəsmilər bu siyasətin rejimi nüvə və ballistik raket proqramından imtina etməyə inandırmaq üçün addımların artırılmasına əsaslanacağına işarə edib.

Cənubi Koreya lideri mayın 21-də Vaşinqtonda Baydenlə keçirəcəyi görüçdə hədəflərinin “iki Koreya və ABŞ-la Şimali Koreya arasında dialoqu bərpa etmək” olacağını deyib.

Prezident Mun 2017-ci ildə vəzifəyə gəldiyi gündən bəri Seul və Pxenyan arasında daha böyük əlaqələrin qurulmasını dəstəkləyib. Onun vasitəçiliyi ilə Şimali Koreya lideri Kim Conq Un arasında üç tarixi zirvə və Kim ilə o zamankı ABŞ Prezidenti Donald Tramp arasında iki tarixi zirvə görüşü keçirilib. Lakin bu təşəbbüslər Tramp və Kimin 2019-cu ildə Vyetnamdakı ikinci zirvə görüşündə ABŞ-ın Şimala tətbiq etdiyi sanksiyaların ləğvi məsələsi həll olunmadıqdan sonra dayandırılıb.

XS
SM
MD
LG