Accessibility links

Cənubi Koreya Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb


Cənubi Koreya mübahisəli qərb dəniz sərhədini pozan Şimali Koreyanın ticarət gəmisini geri göndərmək məqsədilə xəbərdarlıq atəşi açdığını bildirib.

Cənubi Koreya ordusu Şimali Koreyanın gəmisinin dəniz sərhədini çərşənbə günü pis hava şəraiti və mühərrik problemi səbəbilə keçdiyinə inanır.

Ordunun bildirdiyinə görə, bu, Cənubi Koreyanın hazırkı liberal höküməti 2017-ci ildə hakimiyyətə gələndən bəri artıq ikinci dəfədir ki, Cənubi Koreya Şimali Koreya gəmisinin ərazidən geri çəkilməsi üçün xəbərdarlıq atəşi açır.

Koreyalar arasında münasibətlər ABŞ-ın başçılığı ilə Şimalı Koreyanın nüvə böhranına son qoymaq üçün aparılan diplomatiyada çıxılmaz vəziyyət yaranandan sonra gərginləşib.

Şimali Koreya bazar ertəsi bildirib ki, qoşunları dəniz sərhədi yaxınlığında təlim məqsədli artilleriya atəşi açıb və bu, Şimali Koreyanın rəsmi etirazına səbəb olub.

XS
SM
MD
LG