Şimali Koreya Cənubi Koreyanın şərq sahilinə yaxın dənizə mərmi bombardmanı edəndən sonra Cənubi Koreya Şimali Koreyanı hərbi gəginliyi artırmağa son qoymağa çağırıb.
Cənubi Koreya prezidentinin sözçüsü yaydığı bəyanatda bu sınaqların onların sentyabr ayında Şimali Koreya ilə imzaladığı hərbi razılığa zidd olunuğunu bildiirb. Rəsmi Seul Pxenyanın mümkün qədər qısa müddətdə dialoqu davam etdirməyi gözlədiyini bildirib.
Şimali Koreya yerli vaxtla səhər saat 9-dan sonra şərqdə yerləşən Uonsan şəhərindən Koreyanın şərq sahilindəki dənizə mərmi bombardmanı həyata keçirib. Bu barədə Cənubi Koreyanın birgə qərargahlar rəisi bəyanatda bildirib.
Bu, Şimali Koreyanın Birləşmiş Ştatlarla danışıqlar nəticə verməyəndən sonra həyata keçirdiyi ən son təhrikidir.
Bundan öncə Cənubi Korea rəsmiləri mərmiləri raket kimi təsvir edib. Silahlar barədə başqa heç bir detal verilməyib, lakin qısa mənzilli raket testi Şimali Koreyanın raket proqramına qarşı beynəlxalq sanksiyları pozmur.
Şimali Koreya sınaqla bağlı şərh verməyib.
Tədbirli gərginliklər
ABŞ-ın sanksiyaları yüngülləşdirilməsini istəyən Şimali Koreya ABŞ-la nüvə danışıqları heç bir nəticə verməyəndən sonra bir sıra tədbirli hərbi əməliyyatlar həyata keçirib.
Şimali Koreya keçən ay taktiki idarə olunan silahı sınaqdan keçirdiyini bildirib. Onlar həmçinin ABŞ-la Cənubi Koreyanın birgə keçirdiyi hərbi təlimlərə cavab verməklə hədələyib.
Kim ABŞ-a nüvə danışıqlarında daha çevik olması üçün bu ilin sonunadək möhlət verdiyini söyləyib.
Tramp ilə Şimali Koreya bütöv nüvə silahları proqramından vaz keçməyənədək sanksiyaları azaltmayacağını deyib.