Accessibility links

Cənubi Koreya BMW-ya 10 milyard dollarlıq cərimə tətbiq edir


BMW
BMW

Cənubi Koreya bazar ertəsi bildirib ki, alışıb yanan mühərrikləri olan maşınları geri çəkməyi ləngitdiyinə görə BMW şirkətinə 9.9 milyon dollarlıq cərimə tətbiq edəcək və alman maşıl istehsalçısı ilə bağlı məhkməyə şikayət təqdim edəcək.

Cənubi Koreyanın nəqliyyat nazirliyi bildirib ki, onların istintaqı zamanı BMW-nun qüsurlu mühərrik barədə öncədən məlumatının olduğunun və şirkətin həmin maşınları geri çağırmadığının üstü açılıb.

Nazirlik bu ilin əvvəli bir neçə yanğının baş verməsinə baxmayaraq, BMW-nun işlənmiş qazların resirkulyasiya sistemindəki texniki nasazlığı bilərəkdən ört-basdır etməyə çalışdığını bildirib.

“BMW qüsurlu resirkulyasiya sistemi ilə yanğın arasında əlaqənin olduğu barədə iyulun 20-də xəbəri olduğunu elan edib” - deyə, nazirlik bəyanatında bildirib. “Lakin biz BMW-nun Almaniyadakı baş qərargahının 2015-ci ilin oktyabr ayında işlənmiş qazların resirkulyasiya sistemindəki problemi həll etmək üçün xüsusi komanda yaratdığını aşkar etdik” – bəyanatda qeyd edilib.

BMW 170 min maşını geri çağırıb.

Fransanın AFP xəbər agentliyi xəbər verir ki, Cənubi Koreyada avtodayanacaqlar BMW-ları qəbul etmir, çünki onların alışıb-yanmasından qorxur.

XS
SM
MD
LG