Cənubi Koreyalılar 92-ci Oskar mükafatlarının təqdimat mərasimində "Parazit" filminin böyük qələbəsini bayram edir. Rejissor Pon Cun-ho mərasimin ən nüfuzlu mükafatlarından birini – ən yaxşı film nominasiyasında qalib olub.
Film bundan başqa, daha üç Akademiya Mükafatını qazanıb – ən yaxşı rejissor işi, ən yaxşı əcnəbi dildə film və ən yaxşı orijinal ssenari. Rejissor Pon fevralın 9-da mərasimdə dördüncü mükafatını almaq üçün Hollivud səhnəsinə çıxıb.
Onun nitqi qısa olsa da, maraqlı məqamları ilə yadda qalıb. "Düşünürdüm ki, bu gün mənim üçün bitib və istirahətə hazır idim. Səhərə qədər içəcəyəm" - deyə, o bildirib.
Seulda Cənubi Koreyalılar sosial media saytlarında filmin tarixi qələbəsini müzakirə edib. “Parazit” “Ən Yaxşı film” üçün Akademiya Mükafatını qazanan ilk əcnəbi dildə olan filmdir və ümumiyyətlə, Oskar tarixində mükafat alan ilk Cənubi Koreya filmidir.
92-ci Oskar Akademiya Mükafatlarının qalibləri bunlardır:
Ən yaxşı Film - "Parazit"
Ən yaxşı rejissor - Kvak Sin Ae və Pon Cun-ho, "Parazit"
Baş rolda ən yaxşı aktyor – Xoakin Feniks - "Coker"
Baş rolda ən yaxşı aktrisa - Renee Zellveger "Cudi"
Ən yaxşı kişi tərəfmüqabil - Bred Pitt, "Bir dəfə Hollivudda"
Ən yaxşı qadın tərəfmüqabil - Laura Dern, "Evlilik hekayəsi"
Ən yaxşı orijinal ekran işi - Pon Cun-ho və An Jin On, "Parazit"
Ən yaxşı sənədli film - Steven Boqnar, Culia Reyxert və Ceff Reyxert, “Amerika fabriki”
Beynəlxalq bədii film - "Parazit"
Ən yaxşı orijinal ssenari - "Parazit" - Pon Cun-ho, Han Cin On
Ən yaxşı orijinal mahnı - "Özümü yenidənsevəcəyəm" – musiqisi Elton Con, sözləri Berni Taupin, “Raket adam”