Accessibility links

Cənubi Koreya hökuməti vətəndaşlarına təcili pul yardımı edəcək


Cənubi Koreya koronavirus pandemiyasının yaşandığı bir zaman iqtisadiyyatın inkişaf etdirilməsi səyləri çərçivəsində bir çox vətəndaşına təcili pul ödəmələri edəcəyini bildirib.

Prezident Mun Jeae-ın bazar ertəsi hökumətin xüsusi işçi qrupunun üzvləri ilə görüşü zamanı gəlirləri yüksək olan 30% istisna olmaqla, bütün vətəndaşlara təxminən 820 dollar ödəniləcəyini və ümumi məbləğin 7.4 milyard dollar təşkil edəcəyini deyib.

Prezident Mun bu ödənişlərin karantin və sosial təcrid da daxil olmaqla, COVID-19 yayılmasının dayandırılmasına qarşı günlər və həftələrə dözüm göstərən cənubi koreyalılar üçün kompensasiya olduğunu deyib.

Bazar ertəsinə qədər Cənubi Koreyada 9,661 koronavirusa yoluxma, 159 ölüm halı təsdiq edilib, 5 228 nəfərin sağaldığı bildirilib. Cənubi Koreyada gündə yüzlərlə insanın müntəzəm olaraq testdən keçirilməsi nəticəsində virusun yayılmasının ləngiməsi qlobal miqyasda yüksək qiymətləndirilib.

XS
SM
MD
LG