Accessibility links

Cənubi Koreya Britaniyadan birbaşa uçuşlara qadağanı yanvarın 7-nə qədər uzadır


Cənubi Koreya bu yaxınlarda ölkəyə girən üç nəfərin Britaniyada ilk dəfə aşkarlanan COVID-19-un yeni növünün müsbət testindən sonra Britaniyadan birbaşa uçuşlara qoyulan qadağanı 7 yanvar tarixinə qədər uzadacağını bildirib.

Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi bu üç nəfərin dekabrın 22-də Londondan eyni təyyarədə gəldiyini və Cənubi Koreyada bunun ilk hallar olduğunu deyib.

Virusa ilk yoluxma halları barədə məlumat verən Yaponiya da bazar ertəsi gecə yarısından etibarən yanvar ayının sonuna qədər bütün əcnəbilərin ölkəyə girişini qadağan edib.

Bazar ertəsindən etibarən ABŞ rəsmiləri Britaniyadan gələn sərnişinlərin yola düşməzdən 72 saat əvvəl COVID-19 testinin mənfi nəticələrinin tələb ediləcəyini bəyan edib.

Britaniya rəsmilərinin bu həftə AstraZeneca-nın koronavirus peyvəndini təsdiq edəcəyi gözlənilir. Şirkət peyvəndlərinin Pfizer-BioNTech və Moderna şirkətlərinin istehsal etdiyi peyvəndləri qədər effektiv olduğunu bildirib.

Koronavirusun yeni növü dekabrın 13-də Britaniyanın cənub Kent dairəsində təsdiq edilib. İlkin təhlillər onun “hazırkı növlərdən daha sürətlə yayıldığını” göstərib.

XS
SM
MD
LG