Accessibility links

Koronavirus bəzi ölkələrdə ölüm və yoluxma hallarını rekord həddə çatdırıb


COVID-19-un üçüncü dalğası Cənubi Koreya, Yaponiya və İndoneziyanı vurduğu üçün cümə günü bu ölkələrdə koronavirusa gündəlik yoluxma halları ən yüksək həddə çatıb.

Cənubi Koreyada 1200-dən çox yeni yoluxmaların 70% -i ölkənin 52 milyon əhalisi olan Seulda qeydə alınıb.

Cümə günü Yaponiyada ölkə boyu qeydə alınan yeni 884 yoluxma halının çoxu Tokioda baş verib.

İndoneziya isə bir gündə ən yüksək, 258 ölüm və 7259 yoluxma halının qeydə alındığını bildirib. Bununla bu ölkədə 20 847-si öılüm olmaqla, koronavirusa yoluxanların ümumi sayı 700 097-ə çatıb.

Cümə axşamı Meksika COVID-19 peyvənd təşəbbüsünü başlayan ilk Latın Amerikası ölkəsi olub. Bu, pandemiyanın 120 000-dən çox insanın həyatına son qoyan ölkəyə ümid verib.

Meksika Pfizer-BioNTech-dən 1,4 milyon doza peyvənd almağı planlaşdırır. Lakin rəsmilər bu dozanın Meksika və Meksikanın şimalındakı Saltilloda şəhərindəki səhiyyə işçilərinin peyvənd olunmasına kifayət edib-etməyəcəyi barədə bir söz deməyib. Digər Latın Amerikası ölkələri də peyvəndlərin gəlməsini gözləyir.

Çili cümə axşamı sifariş etdiyi 10 milyon dozalıq Pfizer-BioNtech peyvəndinin ilk 10 000 dozasını alıb və dərhalsonra səhiyyə işçilərinə vurmağa başlayacaq.

Amerika Birləşmiş Ştatları əsasən səhiyyə işçiləri və qocalar evlərinin yaşlı sakinləri olmaqla, təxminən 1 milyon peyvəndi tamamlamaq üzrədir.

Bu arada Britaniya tədqiqatçıları COVID-19-un yeni növünün digər variantlardan daha yoluxucu olduğunu və uşaqlar arasında daha çox yayıla biləcəyini deyib.

Ölkənin Yeni və Meydana çıxan Respirator Virus təhlükəsi üzrə Məsləhət Qrupunun (NERVTAG) alimləri bu həftənin əvvəlində jurnalistlərə virusun yeni növünün digərlərindən təxminən 71% daha çox yayıla biləcəyini bildirib.

XS
SM
MD
LG