Accessibility links

Cənubi Koreya prezidenti Şimali Koreya liderinin səfərinə hazırlaşır


Cənubi Koreya prezidenti Mun Cae-in Şimali Koreya lideri Kim Conq Unun səfərinin böyük əhəmiyyət daşıyacağını bildirib.

Prezident Mun bu açıqlamanı çərşənbə günü Vellinqtonda Yeni Zelandiyanın baş naziri Casinda Ardern ilə görüş zamanı verib..

“Kim Conq Unun Cənubi Koreyaya səfəri bölünmədən sonra baş tutan ilk səfər olacaq. Səfər yarımadada barışıq, sülhün inkişafı və nüvəsizləşdirmə istiqamətində daha da artıq irəliləyişə xidmət edəcək” -deyə, Cənubi Koreya prezidenti Mun Cae-in bildirib.

Cənubi Koreya prezidenti Mun Cae-in. Aukland, Yeni Zellandiya, 4 dekabr, 2018-ci il.
Cənubi Koreya prezidenti Mun Cae-in. Aukland, Yeni Zellandiya, 4 dekabr, 2018-ci il.

Mun Şimali Koreya liderinin Cənubi Koreyanı bu ilin sonuna qədər ziyarət edə biləcəyini söyləyib. İki ölkə başçısı arasında bu il üç zirvə görüşü keçırilib. Sentyabr ayında Mun Pxenyana səfər edən zaman Kim Conq Un ona yaxın gələcəkdə Seula səfər edəcəyinə söz verib.

ABŞ prezidenti Donald Tramp və Kim Conq Un iyun ayında Sinqapurda keçirilən tarixi zirvə görüşündə Pxenyanın nüvə silahı proqramından imtina etməsinə çağıran müqaviləyə imza atıblar.

Lakin Şimali Koreyanın niyyətləri və müqavilənin şərtlərini nə zaman yerinə yetirəcəyi ilə bağlı şübhələr qalmaqdadır.

XS
SM
MD
LG