Cənubi Koreya prezidenti Pxenyana səfər edir. Mun Cae-inin başçılıq etdiyi 200 nəfərdən ibarət nümayəndə heyəti Şimali Koreya lideri Kim Conq Unla 3-cü sammit keçirəcək.
Görüş yalnız nüvəsizləşmə və ölkələr arasında münasibətlərin normallaşması ilə məhdudulaşdırılmayacaq. Müzakirələin diqqət mərkəzində Munun Pxenyanla Vaşqinton arasında vasitəçilik rolu da olacaq.
Şaimali Koreyanın nüvəsizləşmə qərarına skeptik münasibət göstərilir.
Asan institutunun siyasi təhlilçisi Çeon Seonq Uhun Amerikanın Səsinə bildirib ki, Kim və Şimali Koreya rejiminin nüvə silahları və roqramlarından tamamilə əl çəkəcəyi aydın deyil.
Şimali və Cənubi Koreyalar cümə günü Şimali Koreyanın Kaesonq şəhərində əlaqə bürosu açıb. Onlar prezident Mun Cae-inin bu həftə Pxenyana səfərindən öncə daha yaxın münasibət yaratmaq niyyətindədir.
Büronun açılışı Koreyaların bu il atdıqları bir neçə barışdırıcı addımlardan ən sonuncusudur.
Cənubi Koreyanın unifikasiya naziri deyib ki, büro “Koreyanın birgə rifahının beşiyi olacaq”.
Büro prezident Munun Şimali Koreya paytaxtına çərşənbə axşamı gözlənilən üçgünlük səfərindən bir neçə gün öncə açılıb.
Ötən həftə Cənubi Koreya lideri Seulda kabinet üzvlərinə deyib ki, Şimalı nüvə silahları proqramını ləğvinə inandırmaqda Vaşinqton aparıcı rol oynamalıdır.
Munun bəyanatı Ağ Ev Şimali Koreya lideri Kim Conq Unun Donald Trampa pozitiv məktub göndərərək, ikinci sammitlə bağlı müraciət etdiyini bildirməsindən bir gün sonraya təsadüf edir.