Accessibility links

Cənubi Koreya prezidenti nüvəsizləşdirilməni müzakirə etmək üçün Vaşinqtona gəlir


Donald Tramp və Mun Cae-in
Donald Tramp və Mun Cae-in

Cənubi Koreya prezidenti Mun Cae-in iki həftə sonra prezident Donald Trampla heç bir irəliləyişin əldə olunmadığını Şimali Koreya ilə aparılan nüvə diplomatiyası ilə bağlı sammit keçirmək üçün Birləşmiş Ştatlara səfər edəcək.

Bu onların Trampın ötən ay Hanoyda Şimali Koreya lideri Kim Conq Unla ikinci sammitinin ABŞ-ın başçılıq etdiyi sanksiyalarla bağlı fikir ayrılıqları səbəbilə uğursuzluğa düçar olmasından sonra ilk görüşü olacaq.

Görüş Hanoy sammitinin iflasından sonraya təsadüf edir.

Hanoy sammiti Vaşinqtonla Pxenyan arasında vasitəçi olan liberal Munu Şimali Koreyanı danışıqlara yenidən cəlb etmək və nüvə diplomatiyasının asanlşadırmaq baxımından çətin vəziyyətə salıb.

Munun ofisi xəbər verib ki, o, aprelin 10-11 arasında Birləşmiş Ştatlara səfər edəcək və orada iki ölkə arasındakı ittifaqı gücləndirməyin, Şimali Koreyanın tam nüvəsizləşməsinin və Koreya Yarımadasında sülh yaratmağın yollarını müzakirə edəcək.

Ağ Ev bildirib ki, Tramp və birinci xanım Melaniya Tramp Mun və onun həyat yoldaşı Kim Cunq-suku aprelin 11-də Ağ Evdə qarşılayacaq. Bəyanatda ABŞ-la Cənubi Koreya arasındakı ittifaqın “Koreya yarımadası və regionda sülh və təhlükəsizliyi üçün mühüm olduğu” qeyd edilib.

Prezident Trampla Kim Conq Un arasında Hanoyda danışıqlar nəticəsiz yekunlaşıb.
Prezident Trampla Kim Conq Un arasında Hanoyda danışıqlar nəticəsiz yekunlaşıb.

Şimali Koreyanın vitse xarici işlər naziri Ço Son Hui bu ayın əvvəli ABŞ-ın Şimali Koreyanın ötən il gördüyü tərk-silah tədbirlərinə uyğun addımlar atmadığını səbəb göstərərək, Birləşmiş Ştatlarla nüvə danışıqlarından geri çəkiləcəyinə dair xəbərdarlıq etmişdi.

Daha sonra isə Şimali Koreya Cənubi Koreya ilə əlaqə ofisindən tam geri çəkilib, ardından işçilərin bəzilərini Şimali Koreyanın sərhəd Kaesonq şəhərindəki idarəsinə geri göndərib. Şimali Koreya bu addımlarına görə heç bir səbəb göstərməyib.

İqtisadiyyatını dirçəltmək üçün Şimali Koreya ABŞ-ın sanksiyalarından azad olmaq istəyir.

Bəzi ekspertlər deyir ki, Şimali Koreya hələ də Birləşmiş Ştatlarla diplomatiyanı davam etdirmək niyyətindədir, çünki problemli iqtisadiyyatını canlandırmaq üçün sanksiyalardan azad olmaq istəyir.

Munun Şimali Koreya ilə münasibətləri genişləndirmək və Koreyalar arasında fəal olmayan iqtisadi layihələri bərpa etmək istəyinin aqibəti qeyri-müəyyən olaraq qalır, çünki ABŞ rəsmiləri deyir ki, Şimali Koreya ciddi nüvəsizləşmə addımları atmadığı təqdirdə ölkəyə qarşı sanksiyalar davam edəcək.

XS
SM
MD
LG