Accessibility links

Cənubi Koreya paytaxtının merinin cəsədi tapılıb


Polisin bildirdiyinə görə, cinsi təcavüz iddiaları ilə üzləşən Cənubi Koreyanın paytaxtının itkin düşmüş merinin cəsədi aşkar edilib. Merin cəsədinin qızına mesaj göndərməsindən və evdən çıxmasından yarım gün çox sonra cümə axşamı gecə tapıldığı bildirilib.

Polis Pak Von Sunun cəsədinin axtarışa başlanandan yeddi saat sonra Seulun şimalında, meşəlik bir yerdəki restoranın yanında aşkar edildiyini bildirib.

Von Sunun qızı cümə axşamı günortadan sonra polis məntəqəsinə zəng edərək, atasının səhər evdən çıxmazdan əvvəl ona şifahi mesaj göndərdiyini deyib. Seul şəhəri Polis Agentliyinin axtarış əməliyyatına başçılıq edən məmurun dediyinə görə, merin qızı mesajın məzmununu açıqlamayıb.

Polis axtarış əməliyyatında təxminən 600 polis və yanğınsöndürmə işçisinin iştirak etdiyini, izləyici aparatlardan və dronlardan istifadə edildiyini bildirib.

Seul hökumətinin rəsmisi Kim Ji-Hyon Pak Vonun səbəblərdən cümə axşamı işə getmədiyini və Seul şəhər meriyasında prezident rəsmiləri ilə görüş də daxil olmaqla, bütün yığıncaqları ləğv etdiyini deyib.

Uzun müddət vətəndaş haqları fəalı və haqları üzrə vəkil 64 yaşlı Pak 2011-ci ildə Seula mer seçilib. O, 2018-ci ilin iyununda mer vəzifəsinə üçüncü müddətə seçilib.

Prezident Moon Jey- İnin liberal Demokrat Partiyasının üzvü olan Pak 2022-ci il seçkilərində prezidentliyə potensial namizəd sayılırdı.

XS
SM
MD
LG