Accessibility links

Cənubi Koreya Trampın koronavirusla mübarizə üçün avadanlıq istədiyini bildirib


Prezident Donald Tramp Cənubi Koreyadan koronavirusla mübarizə üçün ABŞ-a tibbi avadanlıq göndərməsini xahiş edərək, Koreya şirkətlərinə ABŞ hökumətinin razılığını qazanmasına kömək edəcəyini vəd edib. Bu haqda Cənubi Koreya prezident ofisi məlumat verib.

Cənubi Koreyanın prezidenti Mun Jae-in ölkəsində ehtiyat varsa, avadanlıq göndərəcəyini təklif edib. Prezidentin ofisi Trampın təcili müraciəti ilə təşkil edilən 23 dəqiqəlik telefon danışığından sonra verdiyi açıqlamada bunları bildirib.

Cənubi Koreya günlər ərzində geniş yayılmış testlər həyata keçirib, dərhal təsdiqlənmiş halları təcrid edərək, həmin şəxslərin əlaqədə olduğu şəxsləri tapmaq üçün izləmə proqramından istifadə edib.

Cənubi Koreya böyük bir sıçrayışdan sonra xəstəliyin yayılmasını nisbətən az yoluxma və cəmi 125 ölüm halı ilə yavaşıda bildiyi üçün tərif qazanıb və son 13 gündə yeni infeksiyaların sayını 100-dən aşağıya çatdırmağa nail olub.

Birləşmiş Ştatlar əvvəlcə daha az sınaq keçirib və indi bir sıra ştatlarda sürətlə böyüyən və gündə minlərlə yeni yoluxma halları ilə ölkənin əksər yerlərində ciddi təcdir tədbirləri həyata keçirir.

Moon Trampa Cənubi Koreyanın "ehtiyat tibbi avadanlıqlar olduğu təqdirdə mümkün qədər dəstək verəcəyini" deyib.

Açıqlamada Trampın Cənubi Koreya prezidentinə koreyalı istehsalçılara ABŞ-ın Ərzaq və Dərman İdarəsindən (FDA) təsdiq almağa kömək edəcəyini dediyi qeyd olunub.

XS
SM
MD
LG