Accessibility links

Cənubi Koreya Yaponiya ilə tarixi mübahisə üzərində danışıq aparmağa hazırdır


Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü ölkəsinin Yaponiya ilə iki ölkə arasında ixtilaflara səbəb olan tarixi mübahisələri müzakirə etməyə hazır olduğunu bildirib.

Mun Seulda Yaponiyanın İkinci Dünya Müharibəsində təslim olmasının ildönümündə çıxış edib. Bu mərasimdə həmçinin Yaponiyanın 1910-1945-ci illərdə Korean Yarımadası üzərindəki müstəmləkəçiliyə son qoyulmasının da ildönümü qeyd olunub.

“Biz uzun zamandır Yaponiya höküməti ilə qurbanların da razılaşacağı dostcasına bir həll yolu üzərində danışıqlar aparırıq. Bizim hökümətimiz Yaponiya höküməti ilə danışıqlar aparmağa hər zaman hazırıdır”

İki ölkə 2018-ci ildə Cənubi Koreya Ali Məhkəməsinin yaponiyalı polad istehsalçısının müharibə zamanı icbari əmək üçün kompensasiya ödəməli olduğuna daiq qərarı ilə bağlı güclü fikir ayrılığı yaşayırlar.

Yaponiya qərarın beynəlxalq qanunu pozduğunu, çünki müstəmləkəçiliklə əlaqəli kompensasiya iddialarının 1965-ci ildə iki ölkə arasında imzalanan diplomatik razılıq nəticəsində həll olunduğunu bildirir.

Lakin Seul bildirir ki, qərar müstəqil ədliyyə tərəfindən verildiyi üçün tətbiq olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG