Cənubi Koreya rəsmiləri cümə günü koronavirusdan sağalan 91 xəstənin təkrar testləri müsbət çıxıb.
Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (KCDC) direktoru Conq En-Kyonq brifinqdə bildirib ki, ehtimal var ki, virus xəstələrdə “yenidən aktivləşib", onlar virusa yenidən yoluxmayıb.
Cənubi Koreyanın səhiyyə rəsmiləri deyib ki, bu tendensiyanın arxasında nəyin dayandığı onlara tam aydın deyil, bununla bağlı epidemioloji araşdırmalar hələ də davam edir.
İnsanların virusa yenidən yoluxma ehtimalı beynəlxalq səviyyədə narahatlıq doğurur, çünki bir çox ölkələr pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün koronavirusa yoluxmuş insanlarda virusa qarşı kifayət qədər immunitetin formalaşacağına ümid edir.
Təxminən 7000 cənubi koreyalının koronavirusdan sağaldığı bildirilib.
“Rəqəmlər artacaq, 91 yalnız başlanğıcdır," deyə Koreya Universiteti Guro Xəstəxanasının yoluxucu xəstəliklər üzrə professoru Kim Vu-Cu qeyd edib.
KCDC-nin direktoru Conq isə xəstələrın virusa təkrar yoluxmalarından çox virusun "yenidən aktivləşdiyini" ehtimal edir.
Kim də xəstələrin virusa təkrar yoluxmalarından daha çox “virusun qayıtdığını" güman etdiyini deyib.
Bəzi ekspertlər isə test nəticələrinin yalnış ola biləcəyini qeyd edir. Onlar, həmçinin, virusun qalıqlarının insan bədənində qala biləcəyini və yoluxucu xarakter daşımadan həm özü, həm də ətrafdakılara zərər verməyəcəyini ehtimal edir.
Cənubi Koreyada cümə günü 27 yeni yoluxma halı qeydə alınıb.
Ölənlərin sayı yeddi nəfər artaraq 211-ə çatıb.
Çindən kənarda koronavirusa yoluxma sayında ilk ən böyük sıçrayışın olduğu Daequ şəhərində fevral ayının sonundan bəri ilk dəfə heç bir yoluxma faktı qeydə alınmayıb. Daequda ən azı 6807 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da Cənubi Koreyadakı yoluxmaların yarısından çoxunu təşkil edir.