Accessibility links

Cənubi Koreya xəstəxanalarında koronavirusa yoluxanlara yer çatmır


Cənubi Koreya çərşənbə günü 500-dən çox yeni koronavirusa yoluxma halı barədə məlumat verib. Səhiyyə rəsmiləri bildirir ki, virusun ən çox yayıldığı şəhərdə 2000-dən çox insan xəstəxanalarda yerlərin boşalmasını gözləyir.

Cənubi Koreya Çindən sonra koronavirusun ən çox yayıldığı ikinci ölkədir. Hökumət eppidemiyanın iqtisadiyyata mənfi təsirinin qarşısını almaq üçün tibbi-profilaktik tədbirlərə və tibbi resursların əldə edilməsinə təxminən 10 milyard dollar xərcləməyi planlaşdırır.

Çin koronavirusa yoluxma halının getdikcə azaldığını bildirib. Çərşənbə günü COVID-19-a yalnız 119 insan yoluxub. Bu isə bundan öncə bir gündə qeydə alınan bir neçə min yoluxma halı ilə müqayisədə çox azdır.

Hazırda epidemiyanın qarşısının alınmasında əsas diqqət xəstəliyin sürətlə yayıldığı İtaliya və İran kimi ölkələrə yönəlib. Çindən sonra ən çox ölüm halı İtaliyada qeydə alınıb. Son məlumatlara görə, İtaliyada virusa yoluxma səbəbilə ölənlərin sayı 79-a çatıb. Xəxtəliyin yayılmasının italiyalı turistlərin səfərləri ilə əlaqələndirildiyi Hindistanda çərşənbə günü yoluxma hallarının sayı 5-dən 28-ə çatıb.

Çərşənbə günü İraqda da ilk ölüm halı qeydə alınıb. İraqdakı bütün virusa yoluxma halları İranla əlaqələndirilir.

Dünya miqyasında koronavirusa 93 mindən çox insan yoluxub və 3100-dən çox insanı ölüb. Yoluxma və ölüm hallarının çoxluq təşkil etdiyi ölkə Çindir.

XS
SM
MD
LG