Accessibility links

Cənubi Koreyanın nümayəndə heyəti Pxenyana gedib


Cənubi Koreyanın birləşmə naziri Ço Myounq-qyon Pxenyana səfər edən 160 nəfərlik nümayəndə heyətinə rəhbərlik edir. Üçgünlük səfər 2007-ci ildə imzalanan bəyannamənin 11-ci ildönümü münasibətilə təşkil edilib.

Oktyabrın 5-də şənliklər keçiriləcək.

Koreyalararası barışıq, əməkdaşlıq və sülh yaradılmasına səy göstəririk.

“Biz Pxenyana oktyabrın 4-ü bəyannaməsinin ruhu ilə gedirik. Hökumət rəsmiləri və siyasi partiya nümayəndələri, bələdiyyə hökumətlərinin rəsmiləri və vətəndaş cəmiyyətinin üzvləri ilə Koreyalararası barışıq, əməkdaşlıq və sülh yaradılmasına səy göstəririk,” Ço müxbirlərə bildirib.

Nazir Kim Con Unun səfər təklifini yada salaraq, bunun Koreya müharibəsindən sonra ilk belə bir görüş olacağını deyib. O, Şimali Koreya liderinin ölkələrin ayrılmasından sonra Seula ilk dəfə səfər edəcəyini vurğulayıb. Ço səfərin qarşılıqlı etimad yaratmaqla yanaşı, yarımadada sülh rejiminin qurulacağına ümid etdiyini dilə gətirib.

Sinqapurda Tramp-Un sammitinin ardınca Koreya yarımadasında gərginliklər azalmağa başlayıb. 12 iyun, 2018.
Sinqapurda Tramp-Un sammitinin ardınca Koreya yarımadasında gərginliklər azalmağa başlayıb. 12 iyun, 2018.

Şimali və Cənubi Koreyalar ötən ay Şimali Koreyanın Kaesonq şəhərində əlaqə bürosu açıb. Büronun açılışı Koreyaların bu il atdıqları bir neçə barışdırıcı addımlardan biridir.

Cənubi Koreyanın birləşmə naziri deyib ki, büro “Koreyanın birgə rifahının beşiyi olacaq”.

Cənubi Koreya prezidentinin Pxenyana səfərindən sonra onun populyarlığı 50 faizdən 65.3 faizə yüksəlib. Mun Cae-inin başçılıq etdiyi 200 nəfərdən ibarət nümayəndə heyəti Şimali Koreya lideri Kim Conq Unla 3-cü sammit keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG