Accessibility links

Cənubi Koreyada COVID-19-dan sağalan 116 şəxsdə xəstəlik yenidən aşkarlanıb


Cənubi Koreya bazar ertəsi koronavirusa yoluxub sağalan 116 şəxsin yenidən tesdən keçirildikdən sonra nəticələrinin müsbət çıxdığını bildirib. Bununla belə, rəsmilər epidemiyanın yayılmasının qarşısının alınmasına yönəlmiş ciddi məhdudiyyətlərin yaxın zamanda yüngülləşdirilməsini nəzərdən keçirə biləcəklərini bildirib.

Cənubi Koreya bazar ertəsi ölkədə koronavirusa 25 yeni yoluxma faktının qeydə alındığını bildirib, lakin sağalan şəxlərdə yenidən virusun aşkarlanması narahatlıq doğurub.

Rəsmilər hələ də bu şəxsərdə təkrar yoluxmaların səbəbini araşdırıldığını bildirir. Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin direktoru Jeong Eun-kyeong həmin şəxslərin yenidən yoluxduğundan daha çox, burada virusun yenidən aktivləşdiyi ehtimalı oluğunu bildirib.

Digər mütəxəssislər isə bu məsələdə səhv testlərin rol oynaya bilməsi və ya virusun qalıqlarının xəstələrin sistemlərində hələ də qala bildiyi, lakin onların virusun daşıyıcısı və ya başqaları üçün təhlükəli olmadığını söyləyirlər.

Elan olunan 116 təkrar yoluxma halı Koreyanın ötən həftə elan etdiyi 51 təkrar yoluxmadan 2 dəfə böyük göstəricidir.

Cənubi Koreya ABŞ prezidenti Donald Trampın müraciətindən sonra Birləşmiş Ştatlara 600 min koronavirus test dəstinin ilk partiyasını göndərməyi planlaşdırır. Bu barədə məlumatı Seuldakı rəsmi şəxslər bazar ertəsi Reuters xəbər agentliyinə bildirib.

Hökumət liderləri tezliklə karantin tədbirlərinin yüngülləşəcəyinə işarə edərək, cənubi koreyalıları ictimai toplantılar və tədbirlərə dair məhdudiyyətlərə əməl etməyə davam etməyə çağırıblar.

XS
SM
MD
LG