Accessibility links

Cənubi Sudanın üsyançı lideri sülh bağlamağa razı olub


Cənubi Sudanın üsyançı lideri Riek Machar son beş ildə ölkəni dağıdan vətəndaş müharibəsini sona çatdıracaq sülh müqaviləsini imzalamağa qərar verib. Bu barədə danışıqları aparan sudanlı nümayəndə məlumat verib.

Machar bu ayın əvvəlindən Cənubi Sudan prezidenti Salva Kiir ilə güc paylaşımı razılaşmasının ilkin versiyasını imzalamışdı. Lakin, bölgələrin sayı və sərhədləri ilə bağlı narazılıqlara görə bu həftə razılaşmanın yenidən işlənmiş versiyasını imzalamaqdan imtina etmişdi.

Ancaq belə görünür ki, Machar cümə axşamı danışıqları aparan nümayəndə ilə qızğın müzakirələrdən sonra fikrini dəyişib və müqaviləyə imza atmaq qərarına gəlib.
Yeni müqaviləyə əsasən sürgündə olan Machar milli birliyin təşkil edəcəyi keçid hökumətinin beş vitse-prezidentdən biri olaraq Cənubi Sudana geri dönəcək.

Prezident Kiir ilə onun keçmiş müavini Machar arasında hakimiyyət mübarizəsi milyonlar insanın evini tərk etməsinə, minlərlə cənubi sudanlının isə öldürülməsi ilə nəticələnib.

XS
SM
MD
LG