Accessibility links

Cənubi Sudanda atəşkəs elan edilib


Cənubi Sudan prezidenti Salva Kiir və üsyançı lider Riek Maçar Sudanın paytaxtı Hartumda birdəfəlik atəşkəs elan edib.

"Mən imzaladığım bu sənədə hörmətlə yanaşacağam və təqib olunacaq bütün müqavilələrə riayət edəcəyəm"- deyə, prezident bildirib.

"Sadəcə olaraq bir şeyi demək istəyirəm ki, bu razılaşma bir çox məna daşıyır, ilk öncə atəşkəs elan edilərək müharibə başa çatmalıdır", Maçar deyib.

Müqavilə Cənubi Sudan neft yataqlarının qorunması və ölkənin infrastrukturunun inkişafını nəzərdə tutan təhlükəsizlik tənzimləmələrini təmin etsə də, hakimiyyətin bölgüsü və hökümətlə müxalif qüvvələrin birləşdirilməsi kimi mübahisəli məsələləri əhatə etmir.

Cənubi Sudan münaqişəsi Kiir ilə Maçar arasındakı hökümət mübarizəsi olaraq 2013-cü ildə başlayıb. Dörd il yarımlıq bu münaqişə zamanı on minlərlə insan öldürülüb. İki milyon Cənubi sudanlı məcburi köçkünə çevrilib, iki milyon insan qonşu ölkələrə qaçıb.

XS
SM
MD
LG