Accessibility links

Cənubi Sudanda sülh razılaşması imzalanıb


Cənubi Sudanda müharibə edən tərəflər ölkənin beş il davam edən və on minlərlə insanın ölümünə, milyonlarla insanın köçkün düşməsinə səbəb olan müharibəyə son qoymaq üçün yenilənmiş sülh razılaşması imzalayıblar.

Bu razılaşmanı imzalamaqla, biz sülh yolunda bir addım irəliləməyimizi anlamalıyıq.

Prezident Salva Kiir, müxalifət lideri Riek Maçar və başqa müxalifət nümayəndələri çərşənbə günü qonşu Efiopiyada “yekun” razılaşmaya imza atıb.

Hökümət yeni razılaşma ilə bağlı nikbin olsa da, xarici müşahidəçilər bu razılaşmaya hələ də skeptik yanaşırlar.

"Bu razılaşmanı imzalamaqla, biz sülh yolunda bir addım irəlilədiyimizi anlamalıyıq" - deyə, BMT-nin Cənubi Sudandakı nümayəndə heyətinin rəhbəri David Şearer bildirib.

"Bəsdir Layihəsi" adlanan Vaşinqtonda yerləşən təşviqat qrupu bu razılaşmanı sual altına alaraq bildirib ki, anlaşmada öz qücündən istifadə edərək ölkənin resurslarını talamaqda və müxalifətə qarşı zorakiliqlarda günahlandırılan prezidentin səlahiyyətlərinə kifayət qədər nəzarət və məhdudiyyət qoyulmur.

XS
SM
MD
LG