Accessibility links

Cəzaçəkmə müəssisələrində 18 məhkum koronavirusa yoluxub


Həbsxana

Sosial şəbəkələrdə cəzaqçəkmə müəssisələrində çoxsaylı məhbusun COVİD-19 infeksiyasına yoluxması ehtimalı barədə çoxsaylı statuslar yer alıb.

Statuslardan birində deyilir ki, 2 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir.

“Qızdırmalı xəstələrin sayı günbəgün artır. TƏBİB-in nümayəndəsi dünən (iyulun 9-da) cəzaçəkmə müəssisəsində olub, cəmi 25 nəfər sağlam məhbusdan test götürülüb. Yəqin götürdükləri analizə görə xəstəlik yoxdur deyəcəklər. Qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır. Hamısı bir məhbus həkimin ümidinə qalıb. Verilən dərman isə təkcə parasetomoldur. Huşunu itirən, ağır vəziyyətdə olan xəstələrin bir neçəsinə sistem köçürülüb. Məlumat dəqiqdir, qardaşımla indicə danışmışam, dünəndən onun da qızdırılması var, nəfəs almasında çətinlik var,” jurnalist Təzəxan Mirələmli facebook səhifəsində yazıb.

Amerikanın Səsi gün ərzində müxtəlif cəzaçəkmə müəssisələrinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə, Ədliyyə Nazrliyinə bununla bağlı müraciətlər etsə də məlumat ala bilməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozitiv çıxıb.

“Bu şəxslərdən ikisi vaxtından əvvə şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib,” o qeyd edib.

Bununla yanaşı, çoxsaylı vətəndaş cəmiyyəti fəalları, icitimai-siyasi xadimlər ölkə başçısına müracət edərək az ağır cinayətlərdə suçlu bilinən və siyasi məhbusların hanısnın azadlığa buraxılmasını xahiş edir.

Müraciətdə deyilir ki, COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.

“Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, müraciətdə deyilir.

Onlar hesab edir ki, penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.

Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.

Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.

XS
SM
MD
LG