Accessibility links

Cahangir Hacıyevin vəkilləri məhkəməyə üz tutub


Cahangir Hacıyev
Cahangir Hacıyev

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin vəkilləri məhkəməyə müraciət edib.

Onlar ay yarımdan çoxdur, müdafiə etdikləri şəxslə görüşə mane yaradıldığını deyirlər.

Bu haqda AzadlıqRadiosu-na vəkil Fəxrəddin Mehdiyev danışıb.

“Bu gün, noyabrın 8-i yenə bizə Cahangir Hacıyevlə görüş vermədilər. Elə noyabrın 8-i biz Qaradağ Rayon Məhkəməsinə şikayət vermişik”, - vəkil bildirib.

Şikayətdə C.Hacıyevin müdafiə hüquqlarının pozulması məsələsi qaldırılıb.

Vəkillər həmçinin, öz hüquqlarının məhdudlaşdırıldığını qeyd edirlər.

F.Mehdiyev bildirib ki, sentyabrın sonlarında Hacıyev yeddi günlük cərimə kamerasına salınıb və orada aclıq elan edib:

“Bundan sonra vəkilləri onun yanına buraxılmır və o, doğmaları ilə görüşdən məhrum edilib”, – deyə vəkil vurğulayıb.

Penitensiar Xidmətdən, hələlik, vəkillərin şikayətinə münasibət almaq mümkün olmayıb.

Ancaq bir qədər əvvəl, qurum vəkillərinin keçmiş bankirin cərimə kamerasına salınması ilə bağlı dediklərinə münasibət bildirmişdi.

Onda Penitensiar Xidmət bildirirdi ki, Cahangir Hacıyev bir başqa məhbusun da növbəsində telefonla danışmaq istəyib. Bu məsələ daxili qaydaların pozulması kimi dəyərləndirilərək ona cəza verilib.

Ancaq onda müdafiə tərəfi baş verənləri keçmiş bankirin mətbuata müsahibə verməsi ilə izah etmişdi.

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

C.Hacıyev yaxınları və vəkilləri ilə görüşə bilmədiyi deyilən günlərdə - oktyabrın 12-də barəsində çıxarılan hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Bunu C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov açıqlayıb.

C.Hacıyevin vəkilləri şikayətin geri götürülməsini kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ilə izah ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG