Accessibility links

Parisdə iki nəfəri bıçaqlayan şəxs "Charlie Hebdo" satirik jurnalının ofisini hədəf alıb


Fransa rəsmiləri Parisdə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxsin bu yaxınlarda Məhəmməd Peyğəmbərin karikaturasının nəşr edən "Charlie Hebdo" satirik jurnalının ofisini hədəf aldığını bildirib.

Hümçunun üç il əvvəl valideynlərinin müşayiəti olmayan azyaşlı kimi Fransaya gələn 18 yaşlı pakistanlı olduğu müəyyən edilib.

Göründüyü kimi o, 2015-ci ildə 17 nəfərin ölümünə səbəb olan hücumdan sonra jurnalın həmin yerdən köçdüyündən xəbərsiz olub.

Fransa rəsmiləri hücumdan sonra anti-terror istintaqı başladıldığını bildirib.

Fransanın daxili işlər naziri Jerald Darmanin France 2 televiziyasına verdiyi müsahibədə hücumun "açıq şəkildə İslamçı terror aktı olduğunu" deyib.

Bazar günü Darmanin sinaqogu ziyarət edərək, yəhudilərin müqəddəs Yom Kippur günü 7 mindən çox polis və əsgərin yəhudi xidmətlərini qoruduğunu bildirib.

Darmanin jurnalistlərə "yəhudilər xüsusilə İslamçı hücumların hədəfi olduğu üçün onları açıq-aşkar qorumalıyıq" deyib.

Rikard hücumçunun qurbanları tanımadığını bildirib. Onlar sənədli film istehsalı şirkətinin bir qadın və kişi işçisidir və onlar hücum zamanı küçəyə siqaret fasiləsinə çıxmışdılar.

2015-ci ildə islamçı militantlar "Charlie Hebdo"nun ofisinə hücum edərək, 12 nəfəri öldürmüşdü.

Hazırda Parisdə həmin hücuma yardım etməkdə ittiham olunan 14 nəfərin məhkəməsi davam edir.

"Charlie Hebdo" Məhəmməd peyğəmbərin təsvir olunduğu karikaturalar dərc etdiyi üçün bir çox müsəlmanı qəzəbləndirmişdi. Jurnal məhkəmədən öncə həmin karikaturaların bəzilərini yenidən dərc edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG