Accessibility links

Qahirədəki hücumla bağlı 4 nəfər saxlanıb


Misir prezidenti bildirib ki, Qahirədəki Koptil Ortodoks Kilsəsində dünən törədilən intiharçı hücumu nəticəsində 25 nəfər həlak olub.

Misir prezidenti Abdel Fəttah Əl-Sissinin sözlərinə görə, hücumla əlaqədar 3 kişi və 1 qadın saxlanılıb.

Amerikanın Səsinin hadisə yerində olan jurnalistinin sözlərinə görə, hücum bazar günü dini mərasim zamanı törədilib. Partlayış baş verən zaman ərazidə əsasən qadınlar olub.

Prezident ölənlərin dəfn mərasimində danışıb.

Hücumun məsuliyyətini hələ də heç kəs öz üzərinə götürməyib.

Amerikanın Səsinin hadisə yerində olan jurnalistinin sözlərinə görə, hücum bazar günü dini mərasim zamanı törədilib. Partlayış baş verən zaman ərazidə əsasən qadınlar olub.

Sosial mediaya yerləşdirilən videoda Müqəddəs Piter və Müqəddəs Pol kilsəsinin içərisində dağıntılar altında qal gölməçəsinin olduğu görünür.

Reuters xəbər agentliyinin məlumata görə, şahidlər partlayıcı qurğunun kilsəyə bir qadın tərəfindən gətirildiyini bildiriblər.

Qadın kilsədən çıxandan sonra partlayıcı qurğu məsafədən işə salınıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

Xristian koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Qahirədə 163 kopt kilsəsi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG