Accessibility links

Cakartada bina çöküb


Polisin verdiyi məlumata görə, Cakartanın fond birjası binasının dəhlizinin çöxməsi nəticəsində 75 nəfər yaralanıb, xeyli sayda insan isə dağıntılar arasında ilişib qalıb.

“Anidən birinci mərtəbənin tavanı çökdü. Həmin zaman dəhlizdən keçən və ya Starbucks kafesində olanlardan bəziləri yaralandı. Yaralı və huşsuz insanlar çox olsa da amma ölü görmədim.”- deyə, hadisə şahidi bildirib.

Fövqəladə hallar rəsmiləri bildirib ki, yerli Dünya Bankının ofisinin də yerləşdiyi binanın çökməsi nəticəsində heç kim həyatını itirməyib.

Associated Press xəbər verir ki, zərərçəkənlərin əksəriyyəti tədqiqat səfərinin bir hissəsi olaraq fond birjasına səfər edən Sumatra kollecinin tələbələri idi.

Fond birjası hadisədən sonra, bazar ertəsi günortadan etibarən fəaliyyətini bərpa edib.

XS
SM
MD
LG