Accessibility links

Əfqanıstanda Pentaqon rəhbərinə qarşı hücum cəhdi


ABŞ-ın yeni müdafiə naziri Çak Heygelin Əfqanıstana səfəri zamanı yerli rəsmiləri ölkədə iki intiharçı hücumu nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.

Rəsmilər deyir ki, cənab Heygel paytaxta səfər edərkən Kabildəki Müdafiə Nazirliyinin binasına edilən hücum ən azı 9 mülki vətəndaşın həyatına son qoyub. Velosipedlə olan intiharçının həyata keçirdiyi hücum zamanı 13 nəfər də yaralanıb.

Rəsmilər cənab Heygelin təhlükəsiz yerdə olduğunu və heç bir xəsarət almadığımı bildirib.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürərək bildirib ki, hücum ABŞ-ın müdafiə rəhbərinə xəbərdarlıq mahiyyəti daşıyıb.

Bundan başqa ölkənin şərq bölgəsindəki Xost şəhərində baş vermiş ikinci partlayış çoxu uşaq olmaqla 8 mülki vətəndaşın və bir Əfqan polis zabitinin həyatına son qoyub.

Cənab Heygel Pentaqon rəhbəri təyin ediləndən sonra dünən ilk dəfə Əfqanıstana səfər edib.
XS
SM
MD
LG