Accessibility links

Cakartada seçkidən sonra qarşıdurma yaşanıb


İndoneziyanın paytaxtı Cakartanın qubernatoru deyir ki, çərşənbə günü seçkidə məğlub olan keçmiş ordu generalı Prabovo Subiantonun tərəfdarlarının təhlükəsizlik qüvvələri ilə yaşadığı qarşıdurma nəticəsində azı altı nəfər həlak olub.

Polis etirazçılara Ramazan ayında zorakılıqlardan uzaq dayanmalı olduqlarını söyləyərək, onları ərazini tərk etməyə inandırmağa çalışsa da, onlar getməkdən imtina edib. Etirazçılar hətta polis yataqxanası və maşınlarını yandırıb. Nəticədə isə polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli Polisin sözçüsü Dedi Prasetyo Amerikanın Səsinə bildirib ki, etirazlar çərşənbə axşamı gecə saatlarında zorakı hala çevrilib və çərşənbə səhərə kimi davam edib. Onlarla insan həbs olunub.

Cakartada etirazçılar yanan təkəri söndürməyə çalışır. 22 may 2019.
Cakartada etirazçılar yanan təkəri söndürməyə çalışır. 22 may 2019.

Cakartanın qubernatoru Anis Basvedan yerli xəbər agentliklərinə 200-dən çox insanın yaralandığını bildirib.

Bir digər polis sözçüsü M. İqbal çərşənbə axşamı jurnalistlərə deyib ki, polis nümayişi nəzarət altında saxlamaq üçün atəş açmayacaq.

​İndoneziyanın Seçki Komissiyası çərşənbə axşamı Cokovi adı ilə tanından İndoneziyanın prezidenti Coko Uidodonun səslərin 55.50 faizini qazanaraq, sabiq ordu general Prabovonu məğlub edib və seçkidə qalib gəlib. Ümummilli Seçki Komissiyası onun qələbəsini təsdiq edib. Artıq dördüncü dəfədir prezidentliyə namizədliyini irəli sürən və ənənəvi siyasi elita və islamçılarla əlaqəsi olan Prabovo səslərin 44.50 faizini qazanıb.

Prabovo çərşənbə axşamı video bəyanat yayaraq, tərəfdarlarını ona olan dəstəklərini dinc şəkildə nümayiş etdirməyə çağırıb. “Bizim addımlarımız konstitusiyaya uyğun, demokratik, dinc, heç bir zorakılıq olmadan atılmalıdır. Mənə və mənim dostlarıma inanlar... biz şəxsi mənfəət üçün deyil, insanlarımızın suverenliyi, demokratiya və müstəqil İndoneziyanın hər hansı işğaldan azad olması üçün mübarizə aparırıq”, o deyib.

Prabovo seçki nəticələrini qəbul etməyi rədd edib və özünü qalib elan edib. Çərşənbə axşamı səhər saatlarında keçirdiyi ilk mətbuat konfransı zamanı o, kampaniya komandasının seçki nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəyini söyləyib. O, seçkidə kütləvi saxtakarlıqların olduğunu söyləyib, lakin hər hansı etibarlı sübut irəli sürməyib.

İğtişaş polisi. 22 may 2019.
İğtişaş polisi. 22 may 2019.

Prabovonu dəstəkləyən İndoneziyanın sabiq prezidenti Susilo Bambanq Yudhoyonoy da çərşənbə axşamı gecə video yayıb. O deyib ki, indoneziyalılar seçki zamanı heç bir iğtişaş və zorakılığın baş vermədiyinə görə sevinməlidirlər. “Mən Allaha dua edirəm ki, dinc, təhlükəsiz və nizamlı ab-hava qorunub saxlansın. İnsanlara düşüncələrini ifadə etmək haqları tanınmalıdır ki, buna etirazlar da daxildir. Amma əsas məsələ ondan ibarətdir ki, hər bir etiraz məsuliyyətli, nizamlı və dinc şəkildə keçirilməlidir” , o deyib.

Cakarta polisinin sözçüsü Arqo Yuvono Amerikanın Səsinə bildirib ki, iğtişaşların baş verəcəyi gözləndiyi üçün azı 50 min polis səfərbər edilib.

XS
SM
MD
LG