Accessibility links

"İmaginologya" - Gənclik sərgisi


Kaliforniyanın Oranj mahalındakı "İmaginologya" sərgisində təsis edilən proqram uşaqlar və yeniyetmələrə müxtəlif elmi və bədii sahələrdə özlərini sınamaq üçün geniş imkanlar təqdim edir.

"İmaginologiya" sərgisi elm, texnologiya, mühəndislik, riyaziyyat, eləcə də sənətlə məşğul olmaq istəyən hər yaşda uşağa öz məharətini göstərməsinə imkan verir. Bu sərgidə uşaqlar və onalrın ailələri üçün 100-dən çox fəaliiyət növü var və buranı 500-dən çox insan ziyarət edir.

10 yaşlı Loqan Krauford özü düzəltdiyi kompyuterini göstərir. "Mikro-çiplərin öz göndərmə üsulu var, mesajları hansı tərəfə göndərmək istəsənniz o tərəfə gedir. Məsələn mən sola getməsini istəyirəmr və şəkil o səmtə gedir" - deyə, o bildirir.

Bu sərgidə ən böyük atraksioanlardan biri də uşaqların bir video oyununu hazırlandığı və tətbiq etdiyi "Proqramlaşdırma və Kodlaşdırma" bölməsidir. E-Sports meneceri Katrin Amukteh: "Video oyunları haqda "həyatı boşa hədər edirsinız" kimi bir stepeotip mövcuddur. Lakin burada öyrənməli çox şey var. Burada karyeraya yol da var. Ya Fulbrayt proqramı ilə kollece getmək, ya da qazanc üçün bir yol seçmək. "

Valideynlır belə sərgilərin uşaqlarda elmə və sənətə maraq ouyatdığını deyirlər. Mariya Akosta: "Bu bizim çox xoşumuza gəlir. Artıq üç ildir buraya gəlirik. Bu səgridə siz hansı klublarda fəaliyyət göstərə bilərsiniz və s. kimi məlumatlar ala bilirsiniz."

Bəzi insanlar belə yerlərə gəlməkdən çəkinir. Lakin Viktor Payen "İmagionogiya" sərgisinin sənətə marağı olan insanları bir araya gətirdiyini deyir. "İnsanlar bəzən böyüdükdə onlara deyirlər ki, sən pul qazana bilməzsən, ya da uşaq ikən nəyəsə həvəsini varsa onun deyil, karyera ardınca gedirsiniz. Beləliklə sənəti sevən insanlar öz istədiklərini etmir. Biz artaşdırmalar aparır, rəy sorğuları keçiririk və nəticələr əldə etmişik. Günün sonunda gündəlik həyatda sənətin əhəmiyyətinin 5-dən 5 olduğu qənaətinə gəlmişik."

Rəsmən "gənclik sərgisi" adlanan bu tədbir 7 il əvvəl keçirilməyə başlayıb. Bu il isə "İmaginologya" ən geniş tərkibdə keçirilib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG