Accessibility links

Yanğın San-Fransiskonun şimalına doğru irəliləyir


Kaliforniyanın şimal bölgəsində küləyin sürətinin artması yanğınsöndürənlərin San-Fransiskonun şimalına doğru irəliləyən yanğının qarşısını almalarına mane olur.

Rəsmilər azı 21 nəfərin öldüyünü, 300-dən çox insanın itkin düşdüyünü bildirib.

"Bura mənim yaşadığım məhəllədir. Sakinlər bazar günü evakuasiya olunsalar da biz bölgədə təhlükəsizliyk işləri ilə məşğul olur, insanların vəziyyətinin yaxşı olduğundan əmin olmağa çalışırıq. Lakin havanın daha da pişləşəcəyi ilə bağlı xəbərdarlıq bizi narahat edir" deyə, Kaliforniya ştatının senatoru Bill Dad bildirib.

Alov bir neçə mahalda 69 min hektar üzüm sahəsini əhatə edib ki, yanğın bəzi üzüm bağları və şərab zavodlarını sıradan çıxarıb.

Rəsmilər yanğının səbəblərinin müəyyən edilməsinin hələ çox tez olduğunu, lakin araşdırma qruplarının yanğınların baş verdiyi ərazilərdə təhqiqat işlərinə başladıqlarını deyib.

Prezident Donald Tramp Kaliforniyanın şimal bölgəsini fəlakət zonası elan edib və ABŞ hökumətinin bölgəyə tez bir zamanda yardım göndərməsinə haqq qazandırıb.

XS
SM
MD
LG