Accessibility links

Camal Xaşuqcinin nişanlısı: ABŞ qətllə bağlı beynəlxalq təhqiqata təkan verməlidir


Xaşuqcinin nişanlısı: ABŞ qətllə bağlı beynəlxalq təhqiqata təkan verməlidir
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Xaşuqcinin nişanlısı: ABŞ qətllə bağlı beynəlxalq təhqiqata təkan verməlidir

Səudiyyəli jurnalist Camal Xaşuqçinin keçən il İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilməsi insan haqları mövzusunda araşdırmalar aparan jurnalistlərə qarşı təhlükələr mövzusunu aktuallaşdırdı. Camal Xaşuqcinin nişanlısı Xədicə Cengiz ABŞ-ın qətllə bağlı zəif cavabının bütün dünyada jurnalistləri təhlükə altına aldığını bildirib. O, Konqresdə Amerika qanunvericiləri ilə görüşdə Birləşmiş Ştatları qətllə bağlı beynəlxalq təhqiqata başlamağa çağırıb.

Həyatının son anlarının nümayiş etdirildiyi görünrülətdən sonra Camal Xaşuqci dünya boyu hədəf alınan ən tanınmış jurnaslitlərdən birinə çevrildi. Nişanlısının sözlərinə görə, onun ölümündən səkkiz ay keçməsinə baxmayaraq, o hələ də buna inana bilmir.

“Mən hələ də bir insan olaraq bunu qəbul edə bilmirəm, mən hələ də bunu başa düşmürəm” - Hatice Çengiz Xaşuqci deyib.

Camal Xaşuqci 2018-ci ildə qətlə yetirilən 54 jurnalistdən biridir.

Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Coel Simon: “Jurnalistlərin qətli ilə bağlı hər 10 haldan 9-da qatillər heç vaxt məhkəmə qarşısına çıxarılmır. Belə cəzasızlıq jurnalistləri susdurmaq üçün zorakılıqlardan istifadə etmək istəyənləri ruhlandırır.”

Keçən il dünya boyu 250 jurnalist həbs edilib. Onların çoxu insan hüquqlarının pozulması hallarını araşdırırdı.

Coel Simon: “Türkiyə, Misir və Çində insan haqları haqda məlumatlar yayan çox sayda jurnalist həbs edilib.”

ABŞ kəşfiyyatına əsasən, Xaşuqcinin ölümünə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd Bin Salman göstəriş verib. ABŞ prezidenti Donal Tramp bu nəticəni sual edir.

Xədicə Çengiz Xaşuqci: “Mən ümid edirəm ki, Konqres beynəlxalq təhqiqata başlaya bilər və bu, beynəlxalq istintaqın aparılmasına yol aça bilər. Fikrimcə, beynəlxalq maraqlar dəyərlərə üstün gəlməməlidir və müttəfiq olmaq həm də o deməkdir ki, bu iş, bu insanlar, bu qətlə görə məsuliyyət daşıyanlar ədalət məhkəməsi qarşısına çıxarılacaq. Mən inanıram ki, prezident Tramp da buna təşəbbüs göstərəcək.”

ABŞ prezidentinin öz partiyasına mənsub qanunvericilər də Səudiyyə Ərəbistanının bunun nəticələri ilə qarşılaşmalı olduğunu deyir.

Respulikaçı konqresmen Kris Smit: “Səudiyyə Ərəbistanı hökumətində elə adamlar var ki, məsuliyyətə cəlb olunmalıdırlar. Mən inanıram ki, bu şəxslərə qarşı Maqnitski sanksiyaları tətbiq edilə bilər və mən əminəm ki, bizim onların bu dəhşətli hadisədə rolları ilə bağlı tədbir görməyimiz üçün çox yaxşı məlumatımız var.”

Təhlilçilər Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı üzərində iqtisadiyyat və təhlükəsizlik sahələrində nüfuzuna görə ölçülərin götürülə biləcəyini bildirir. Səudiyyə Ərəbistanı tərəfindən də addımlar atıla bilər.

Demokratiyaları Müdafiə Fondunun nümayəndəsi Con Hanna: “Onların bir ildən artıqdır həbs etdiyi insan hüquqları müdafiəçiləri ilə bağlı tədbirlər görmək olar. Bildirildiyinə görə, onlar həbsdə təkcə təhqir deyil, işgəncələrə məruz qalıblar. Bunlar kralın səlahiyyətləri daxilindədir və vəliəhd Məhəmməd Bin Salman əslində bu insanları əvf edə bilər və fikrimcə, bununla Amerika ictimaiyyətinə və Konqres üzvlərinə Səudiyyə Ərəbistanı ilə münasibətlərdə müəyyən dönüşün olduğunu nümayiş etdirə bilər.”

Beynəlxalq miqyasda da bunun təsirləri olacaq və bununla jurnalistlərin hədəf olmadığına dair mesaj veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG