Accessibility links

Camal Xaşuqcinin nişanlısı heç bir irəliləyişin olmamasını tənqid edir


Qətlə yetirilə səudiyyəli jurnalist və dissident Camal Xaşuqcinin türkiyəli nişanlısı bu həftə İtaliyaya səfəri zamanı Səudiyyə Ərəbistanda insan haqlarının vəziyyətini tənqid edərək, qətldə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməsinə çağırıb. O eyni zamanda İtaliya Super Kubokunun Səudiyyə Ərəbistanında keçirilməsinin onun "qəlbini qırdığını" söyləyib.

Bu həftə Xarici Mətbuat Assosiyasında təşkil edilən mətbuat konfransında türk dilində çıxış edən Hatice Cengiz deyib ki, Xaşuqcinin ölümündən bir ildən çox vaxtın keçməsinə baxmayaraq, heç bir Avropa ölkəsi hələ də bu dəhşətli və yolverilməz qətllə bağlı heç nə etməyib.

Cengiz deyib ki, o, italiyalı senatorlardan qətlə görə heç kimin cəzalandırılmamasının necə məqbul olduğunu soruşub. "Bu, bütün insanlıq üçün həqiqətən də utanc verici bir şeydir," o deyib.

Camal Xaşuqci 2 oktyabr 2018-ci il tarixində Hatice Cengizlə evlənmək üçün lazım olan sənədləri əldə etmək məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedəndən sonra öldürülüb. Səudiyyəlilər Xaşuqcinin öldürüldüyünü onun konsulluğa daxil olub, bir daha oranı tərk etməməsindən bir neçə həftə sonra etiraf ediblər.

Cinayətə görə Səudiyyə Ərəbistanda 5 nəfərin edam cəzasına məhkum olunduğunu söyləyən Cengiz, onların kim olduğu və ya nədə ittiham olunduğu barədə heç bir məlumatın verilmədiyini söyləyib.

İtaliyalı senator Emma Bonino İtaliya tərəfindən tədbirlərin görüləcəyinə söz verib ki, buna 2020-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan G-20 zirvəsinin boykot edilməsi ehtimalı daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG