Accessibility links

Camal Xaşuqcinin oğlu ABŞ-a gəlib


Səudiyyə Ərəbistanının mətbuat agentliyinin təqdim etdiyi fotoda Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Camal Xaşuqcinin oğlu Salahla görüşür, Ər-Riyad, 23 oktyabr, 2018.

CNN tele-kanalının verdiyi məlumata görə, bu ayın əvvəli Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Xaşuqcinin oğlu Salah bin Camal Xaşuqci Birləşmiş Ştatlara gəlib. Onun harada olduğu haqda məlumat verilməyib.

Amerika və Səudiyyə Ərəbistanı vətəndaşı olan Salah Xaşuqcinin xaricə səfər etməsinə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən keçən həftəyə qədər qadağa qoyulmuşdu. Keçən həftənin çərşənbə axşamı günü Səudiyyə Ərəbistanı kralı Salman və vəliəhdlə görüşdən sonra onun pasportuna qoyulmuş qadağa aradan qaldırılıb.

O, Türkiyənin təhlükəsiz ölkə olduğunu və əgər saxlansa, ya da dindirilsə, bunun tez həll olunacağını fikirləşirdi.
Xaşuqcinin nişanlısı Hatice Cengiz

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, dövlət katibi Mayk Pompeo səfər qadağasının aradan qaldırılmasını məmnunluq hissi ilə qarşılayıb. Pompeo səudiyyəliləri Saleh Xaşuqcinin ölkəni tərk etməsinə icazə verməyə çağırmışdı.

Səudiyyəli jurnalistin türk nişanlısı Hatice Cengiz Habertürk agentliyinə deyib ki, Camal Xaşuqci İstanbuldakı konsulluğu ziyarət etməsilə bağlı narahat olsa da, o, Türkiyədə həbs edilə, ya da zərər görə biləcəyinə inanmırdı.

“O, Türkiyənin təhlükəsiz ölkə olduğunu və əgər saxlansa, ya da dindirilsə, bunun tez həll olunacağını fikirləşirdi”-deyə, o bildirib.

O, qətlə görə məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmasına çağırıb.

Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.
Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.

Səudiyyə Ərəbistanının cümə axşamı açıqladığı bəyanatda bildirilir ki, Türkiyənin təqdim etdiyi dəlillərə əsasən, jurnalistin qətli belə görünür əvvəlcədən planlaşdırılıb.

Lakin qətin kim tərəfindən planlaşdırıldığı aydın olmayaraq qalır. Səudiyyə Ərəbistanı qətllə əlaqədar beş rəsmini vəzifəsindən kənarlaşdırıb və 18 nəfəri həbs edib.

ABŞ prezidenti Donald Tramp deyib ki, hadisəyə görə başlıca məsuliyyəti ölkənin de-fakto lideri, vəliəhd Məhəmməd bin Salman daşıyır.

XS
SM
MD
LG