Accessibility links

Camal Xaşuqcinin qətli ilə əlaqədar məhkəmə prosesi başlayıb


Xədicə Cengiz
Xədicə Cengiz

Cümə günü Türkiyədə jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunanların məhkəməsi başlayıb. Lakin qətldə ittiham olunan 20 Səuddiyə vətəndaşından heç biri məhkəmədə iştirak etməyib.

Xaşuqçinin nişanlısı Xədicə Cengiz İstanbuldakı məhkəmədə deyib ki, ittiham olunan şəxslər jurnalisti Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirmək üçün onu tələyə düşürmək məqsədilə “böyük xəyanət və hiyləyə” əl atıblar.

Cengiz məhkəmə binası qarşısında toplaşan müxbirlərə deyib ki, “Biz təkcə Türkiyədə deyil, mümkün olan hər yerdə ədələt axtaracağıq”.

ABŞ sakini olan Xaşuqci 2018-ci ildə onun Türkiyə vətəndaşı olan Cengizlə evlənməsinə icazə verəcək sənədləri əldə etmək məqsədilə konsulluğa daxil olub. O, Cengiz onu konsulluq önündə gözlədiyi zaman konsulluqda qətlə yetirilib. Onun qətli dünya boyu qəzəblə qarşılanıb.

Camal Xaşuqci
Camal Xaşuqci

The Washington Post qəzeti üçün köşə yazıları yazan jurnalist Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın tənqidçisi idi.

Vəliəhd şahzadənin iki keçmiş müşaviri daxil olmaqla 20 müttəhimin hər biri Səudiyyə Ərəbistanına geri dönüb. Ər-Riyad Türkiyənin onların ekstradisiyasına dair çağırışını rədd edib.

Onlardan bəziləri Səudiyyə Ərəbistanında bağlı qapılar arxasında mühakimə olunub.

Türkiyə ittihamçıları ittiham olunan şəxslərin Türkiyəyə Ər-Riyaddan Xaşuqçiyə müqavimət göstərmək məqsədilə göndərildiyini iddia edir.

Səudiyyə Ərəbistanı Xaşuqçinin yoxa çıxması ilə bağlı fərqli izahatlar irəli sürüb və ən sonda qətlin dələduz əməliyyatçılar tərəfindən həyata keçirildiyini bildirib.

ABŞ-ın Mərkəzi Kəşifyyat Agentliyi “orta-yüksək dərəcədə əminliklə” qətlə vəliəhd şahzadə Məhəmmədin göstəriş verdiyinə dair nəticə çıxarıb. Məhəmməd bin Salman Xaşuqçinin ölümü ilə əlaqəsi olduğunu inkar edib.

Jurnalistin qalıqları hələ də tapılmayıb. Türkiyə və Səudiyyə ittihamçıları iddia edir ki, səudiyyəli agentlər onu öldürəndən sonra cəsədi parçalara bölüb.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun işçisi Zeki Demir cümə günü Türkiyə məhkəməsində bildirib ki, Xaşuqçi binaya daxil olandan bir saat sonra ondan təndiri yandırması tələb olunub. O, səudiyyəli agentlərin "panikada" olduğunu söyləyib.

Məhkəmə cümə günü noyabrın 24-dək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG